İki yubiley, qırılan sindrom və Kamran Ağayevin 4-cü olması
16 may 2011 18:03 (UTC +04:00)

İki yubiley, qırılan sindrom və Kamran Ağayevin 4-cü olması

Lent.az-ın məlumatına görə, Lənkəran komandası ölkə çempionatlarında 200-cü oyununa çıxıb. Bu matçda 2:0 hesabı ilə qələbə qazanan “ağ-yaşıllar” 110-cu dəfə 3 xalı bayram edib. Daha 57 dəfə 1 xalla kifayətlənən komanda 33 çempionat matçında uduzub. “Xəzər Lənkəran” bu görüşlərdə 313 qol vurub və 126-nı buraxıb. Oyun sayında 2004/2005 mövsümünə təsadüf edən, “Şəfa” klubunun dağılması üzündən baş tutmayan qarşılaşma da nəzərə alınıb. Həmin matçdakı texniki qələbə “Xəzər Lənkəran”ın ümumi qol sayında əks olunmayıb. Lənkəran təmsilçisi ilk çempionat oyununu 2004-cü il avqustun 8-də səfərdə “Turan”a qarşı keçirib – 1:1. 100-cü matç isə 2008-ci il fevralın 23-də “Masallı” ilə ev oyunu olub – 4:1. Bu matç həm də “Xəzər Lənkəran”ın meydanında oynadığı 100-cü çempionat matçıdır. Bu görüşlərdə 61 qələbə və 30 heç-heçəsi olan komanda cəmi 9 dəfə uduzub. Bu görüşlərdəki top fərqi nəzərə çarpan dərəcədə böyükdür – 180:51.


“Bakı” ilə matçda “Xəzər Lənkəran” bu rəqibə qarşı çempionat oyunlarındakı uğursuzluq seriyasına son qoyub. “Ağ-yaşıllar” son 5 qarşılaşmada rəqibi uda bilmirdi. Cari mövsüm çempionatın əvvəlki 3 duelində 1 xalla kifayətlənən komanda ötən çempionatın final mərhələsində 2 məğlubiyyətə üzülüb. Düzdür, kubokda “Bakı”nı məğlub etmək mümkün olub, lakin Premyer Liqada son dəfə 2009-cu il noyabrın 29-da “Bakı”nı Lənkərandan 3:0 hesabı ilə məğlub yola salıb. Həmin görüşdən 530 gün sonra Lənkəran komandası eyni rəqibi məğlub edib.


“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev isə klubun heyətində 125-ci matça çıxmaqla Radomir Todorova çatıb. Qapıçı indi yalnız 3 futbolçudan – Alim Qurbanov (166), Rəşad Abdullayev (155) və Rahid Əmirquliyevdən (152) geri qalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar