Unibank Premyer Liqası: Mərkəzi arenada bir günə 2 oyun
16 may 2011 14:26 (UTC +04:00)

Unibank Premyer Liqası: Mərkəzi arenada bir günə 2 oyun

Lent.az-ın məlumatına görə, ilk oyun günündə ən güclü “6-lığ”ın qarşılaşmaları baş tutacaq.

3 matçdan 2-si – “Bakı” – “İnter” və “Neftçi” – “Xəzər Lənkəran” görüşləri Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mərkəzi arena mayın 18-də saat 15:00-da “Bakı” – “İnter”, 20:00-da isə “Neftçi” – “Xəzər Lənkəran” oyunlarına səhnə olacaq. Daha bir görüş Şüvəlan qəsəbəsində AZAL-la “Qarabağ” arasında baş tutacaq. Bu oyunların nəticələrinə əsasən, 2 – 5-ci yerlərin sahibləri müəyyənləşəcək.

Ertəsi gün isə ikinci “6-lıq” matçları keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin əmri ilə “Qəbələ” – “Muğan” matçı əyalətdə deyil, Bakıdakı “Şəfa” stadionunda təşkil ediləcək. “Qəbələ” rəhbərliyi eyniadlı şəhərdəki stadionun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar PFL-dən matçın “Şəfa” stadionunda keçirilməsinə icazə istəyib. Musayev baş məşqçi Toni Adamsın komandasının xahişini müsbət cavablandırıb. Saat 16:00-da MOİK – “Turan” və “Simurq” – “Gəncə” qarşılaşmaları da oynanılacaq.

18 may (çərşənbə)

15:00. “Bakı” – “İnter” (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Şüvəlan qəsəbəsi, “AZAL” stadionu.

20:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu.

19 may (cümə axşamı)

16:00. MOİK (Bakı) – “Turan” (Tovuz)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.

16:00. “Simurq” (Zaqatala) – “Gəncə”
Zaqatala şəhər stadionu.

16:00. “Qəbələ” – “Muğan” (Salyan)
”Şəfa” stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar