“Galatasaray”da yeni prezidenti – Ünal Aysal
14 may 2011 20:02 (UTC +04:00)

“Galatasaray”da yeni prezidenti – Ünal Aysal

Bu gün Galatasaray Liseyi Tevfik Fikret salonunda “Galatasaray” klubunun fövqəladə konfransı keçirilir. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, seçkilərdə 6 min 988 Konqres üzvündən 4 min 17 nəfər səsvermə hüququndan istifadə edib.

Səsvermə prosesinin Bakı vaxtı ilə saat 17.00-da başa çatıb. Konqres üzvləri 24 seçki qutusunda səs veriblər. Səsvermə başa çatandan sonra səslərin sayılmasına başlanılıb. Bu vaxta qədər 10 seçki qutusu açılıb. Ünal Aysal 1317 səs alaraq digər namizədləri, Mehmet Halvaçı və Turqay Kıranı böyük fərqlə arxada qoyur. Mehmet Halvaçı və Turqay Kıran müvafiq olaraq 184 və 306 səs toplayıblar. Seçki qutularının hamısı açılmasa da, namizədlərin səsləri arasındakı hazırkı fərq Ünal Aysalın klubun yeni, 34-cü prezidenti olacağına şübhə yeri qoymur. Səsvermədən əvvəl keçirilən sorğu da Ünal Aysalın səslərin 50 faizindən çoxunu alacağını üzə çıxarıb.

Xatırladaq ki, “Galatasaray” prezidenti postu uğurunda mübarizə aparan hər üç namizəd - Ünal Aysal, Mehmet Halvaçı və Turqay Kıran “Galatasaray” liseyinin məzunlarıdır. Ünal Aysal prezident seçiləcəyi təqdirdə Erik Gerets, Mehmet Halvaçı seçiləcəyi halda Abdullah Avcı, Turqay Kıran seçiləcəyi təqdirdə Otto Rexagel ilə müqavilə imzalayacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar