Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Qarabağ”ı gümüş medala yaxın buraxmır
14 may 2011 10:18 (UTC +04:00)

Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Qarabağ”ı gümüş medala yaxın buraxmır

Lent.az-ın məlumatına görə, mayın 13-də daha 3 görüş keçirilib.

“Qarabağ” klubu uzun fasilədən sonra Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda azarkeşləri qarşısına çıxıb. Baş məşqçi Qurban Qurbanovun komandası hələ XXIX turda çempionluğu təmin etmiş “Neftçi”ni sınağa çəkib. Flaqmanın baş məşqçisi Arif Əsədov bu görüşdə bir sıra aparıcı futbolçulara şans verməyib. Onun sınaqdan çıxardığı gənc oyunçular və “ehtiyat qüvvə” isə 0:3 hesablı məğlubiyyətdə “böyük pay sahibi” olublar. Hər üç qolu vuran Georgi Adamiya bombardirlər siyahısında “Neftçi”nin hücumçusu Bahodir Nasimovu geridə qoyub. Artıq gürcüstanlı legionerin aktivində 17 qol var.

Lakin bu qələbə “Qarabağ”ın son tura ikinci pillədə daxil olmasına kifayət etməyib. Çünki günün digər matçında “Xəzər Lənkəran” “Bakı”nı yenməyi bacarıb. Lənkəran şəhər mərkəzi stadionunda keçirilmiş görüşdə meydan sahibləri istəklərinə ikinci hissədə çatıblar. Manuel Skarlatake və Emeka Opara fərqlənib. 4-cü yer uğrunda mübarizə aparan “İnter”lə AZAL arasındakı matçda isə hesab açılmayıb. Bu nəticə ilə AZAL 4-cü pillədəki mövqeyini qoruyub.

13 may (cümə)

“Qarabağ" (Ağdam) – “Neftçi” - 3:0
Georgi Adamiya 5; 12; 49-pen.

“Xəzər Lənkəran” - "Bakı" – 2:0
Manuel Skarlatake, 67. Emeka Opara, 83

“İnter” (Bakı) – AZAL (Bakı) – 0:0

12 may (cümə axşamı)

“Muğan” (Salyan) - MOİK (Bakı) - 1:0
Con Pelu, 90+2

“Gəncə” – “Qəbələ” - 0:0

“Turan” (Tovuz) – “Simurq” (Zaqatala) - 2:1
Vurğun Hüseynov, 6. Muammer Erdoğdu, 29 - Qafar Qafarov, 60

Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 31 19 9 3 52-16 66
2 Xəzər Lənkəran 31 16 11 4 37-17 59
3 Qarabağ 31 17 7 7 40-19 58
4 AZAL 31 12 10 9 33-27 46
5 İnter 31 12 10 9 28-24 46
6 Bakı 31 10 10 11 33-31 40

7 Qəbələ 31 12 12 7 29-17 48
8 Muğan 31 13 8 10 28-29 47
9 Gəncə 31 8 12 11 30-33 36
10 Turan 31 7 6 18 23-43 27
11 Simurq 31 3 7 21 16-49 16
12 MOİK 31 3 6 22 10-54 15

Bombardirlər: Bombardirlər: Georgi Adamiya (“Qarabağ”) – 17, Bahodir Nasimov (“Neftçi”) – 15 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar