Unibank Premyer Liqası: “Neftçi” Ağdamda təslim oldu
13 may 2011 17:34 (UTC +04:00)

Unibank Premyer Liqası: “Neftçi” Ağdamda təslim oldu

“Qarabağ” klubu uzun fasilədən sonra Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda azarkeşləri qarşısına çıxıb. Baş məşqçi Qurban Qurbanovun komandası hələ XXIX turda çempionluğu təmin etmiş “Neftçi”ni sınağa çəkib. Flaqmanın baş məşqçisi Arif Əsədov bu görüşdə bir sıra aparıcı futbolçulara şans verməyib. Onun şans verdiyi gənc oyunçular və “ehtiyat qüvvə” isə 0:3 hesablı məğlubiyyətdə “böyük pay sahibi” olublar. Hər üç qolu vuran Georgi Adamiya bombardirlər siyahısında “Neftçi”nin hücumçusu Bahodir Nasimovu geridə qoyub. Artıq gürcüstanlı legionerin aktivində 17 qol var.

Bu qələbə sayəsində “Qarabağ” ən azı bir neçə saatlıq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Saat 18:30-da başlanacaq qarşılaşmada “Xəzər Lənkəran” “Bakı”nı məğlub edə bilməsə, Ağdam komandası mövqeyində qalacaq.

13 may (cümə)

“Qarabağ" (Ağdam) – “Neftçi” - 3:0

Georgi Adamiya 5; 12; 49-pen.

18:30. “Xəzər Lənkəran” - "Bakı"
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Ramiz Əsədov, Əliyar Ağayev
Lənkəran şəhər mərkəzi stadionu

19:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elman Musayev, Rauf Cabbarov
“Şəfa” stadionu.

12 may (cümə axşamı)
“Muğan” (Salyan) - MOİK (Bakı) - 1:0

Con Pelu, 90+2

“Gəncə” – “Qəbələ” - 0:0

“Turan” (Tovuz) – “Simurq” (Zaqatala) - 2:1

Vurğun Hüseynov, 6. Muammer Erdoğdu, 29 - Qafar Qafarov, 60

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

31

19

9

3

52-16

66

2

Qarabağ

31

17

7

7

40-19

58

3

Xəzər Lənkəran

30

15

11

4

35-17

56

4

AZAL

30

12

9

9

33-27

45

5

İnter

30

12

9

9

28-24

45

6

Bakı

30

10

10

10

33-29

40

 

7

Qəbələ

31

12

12

7

29-17

48

8

Muğan

31

13

8

10

28-29

47

9

Gəncə

31

8

12

11

30-33

36

10

Turan

31

7

6

18

23-43

27

11

Simurq

31

3

7

21

16-49

16

12

MOİK

31

3

6

22

10-54

15


Bombardirlər: Georgi Adamiya (“Qarabağ”) – 17, Bahodir Nasimov (“Neftçi”) – 15 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar