Jurnalistlər deputatlara qalib gəldilər – 5:4
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə Milli Məclisin deputatları arasına yoldaşlıq oyunu keçirilib. Lent.az-ın məlumatına görə, görüş Azərbaycan futbolunun 100 illiyinə həsr olunub.
Qarşılaşma jurnalistlərin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Həmkarlarımızın heyətində APA-nın baş direktorunun müavini Nurşən Quliyev 3 qol vuraraq het-trikə imza atıb. Digər qolları isə “Çempion” qəzetindən Anar Xanlarov və ANS televiziyasından Gündüz Abbaszadə vurub.
Deputatlardan isə Qüdrət Həsənquliyev və Siyavuş Novruzov hərəsi 1, Fazil Qəzənfəroğlu isə 2 dəfə fərqlənib. F.Qəzənfəroğlu vurduğu qollardan birinə onbirmetrlik zərbə ilə imza atıb.
Oyun ərzində baş hakim Azad Mütəllimovun deputatların komandasına simpatiyası hiss olunurdu. Hesab 4:2 olarkən baş hakim jurnalistlərin qol silahı olan Nurşən Quliyevin mübahisə etdiyini iddia edərək onu meydandan kənarlaşdırıb. Təyin olunmuş penaltini isə F.Qəzənfəroğlu qola çevirib. Bununla belə hakim jurnalistlərin qələbəsinə mane ola bilməyib.
Oyundan sonra AFFA tərəfindən futbolumuzun 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak edən qurumlara xatirə diplomları və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, qarşılaşma başlamazdan əvvəl deputatlar jurnalist komandasının daha gənc olmasını bildirmişdi və buna etiraz etmişdilər. Bu səbəbdən də “Xəzər” televiziyasının gənc aparıcısı Emil Abbasov heyətdən kənarlaşdırılıb. Buna etiraz edən jurnalist stadionu tərk edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05
"Çelsi"nin futbolçusundan ETİRAF: Trampdan qorxub
24 iyul 2025 , 13:46
Ən böyük potensial olan gənc hücumçular. Siyahıda çoxlu tanış olmayan adlar var - SİYAHI
24 iyul 2025 , 12:33
Ona Sellares - Mark-Andre ter Ştegenin yeni sevgilisidir - FOTOLENT
24 iyul 2025 , 09:39
İdman zamanı kofein istilik şəraitində performansı artıra bilər
24 iyul 2025 , 05:15