Hamit Altıntop “Real Madrid”lə müqavilə imzalayacaq
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, anlaşma 4 il müddətini əhatə edəcək.
Altıntop hər mövsümünə 2,4 milyon avro əmək haqqı alacaq. Bundan əlavə, keçirəcəyi oyunların sayı və qazanacağı kuboklar qarşılığında 29 yaşlı yarımmüdafiəçinin maaşı artacaq. Futbolçunun özü və komanda yoldaşları bu xəbərə şərh verməyiblər. Yalnız o məlumdur ki, Altıntop mayın 14-də Münhendəki “Alyans Arena”da “Bavariya”nın “Ştutqart”la keçirəcəyi Almaniya çempionatının 34-cü tur matçında baş məşqçi əvəzi Andris Yonkerdən heç olmasa 5 dəqiqə oynamasına icazə istəyib. O, azarkeşlərlə bu cür vidalaşmaq istəyir.
Qeyd edək ki, Hamit Altıntopun “Bavariya” ilə müqaviləsi iyunun 30-da başa çatır. Təcrübəli futbolçu Münhen klubu ilə anlaşma müddətini uzatmaqdan imtina edib.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25