İngiltərə FİFA üzvlüyündən çıxa bilər
Lent.az-ın məlumatına görə, buna Böyük Britaniyanın idman naziri Hyu Robertson eyham vurub. İlk dəfə ittihamları İngiltərə Futbol Federasiyasının sabiq prezidenti lord Devid Trisman səsləndirib. 2018-ci il dünya çempionatına təşkilatçılıq uğrunda komitəyə rəhbərlik etmiş Trisman bildirib ki, FİFA İcraiyyə Komitəsi üzvlərindən 4-ü – trinidadlı Cek Uorner, paraqvaylı Nikolas Leos, braziliyalı Rikardo Teyşeyra və tailandlı Voravi Makudi İngiltərənin lehinə səs verməyin qarşılığında rüşvət tələb edib.
Hyu Robertson isə deyib: “Bizim FİFA ilə işləmək və bu təşkilatın daxilən dəyişməsinə kömək etmək istəyimiz var. FİFA dəyişə bilməyəcəyini göstərsə, istənilən ssenari mümkündür. Əsas məsələ odur ki, ittihamlar FİFA-nın nəzərinə çatdırılıb. Biz dəlillər təqdim etmişik və ümidvarıq ki, FİFA Beynəlxalq Olimpiya Komitəsindən nümunə götürəcək”.
Nazir onu da qeyd edib ki, olimpiadaların təşkilatçılarını təyinetmə prosesində korrupsiya hallarının olmadığını hamı bilir. Ona görə də hamı Beynəlxalq Olimpiya Komitəsinə etibar edir.
İngiltərə Futbol Assosiasiyasının baş katibi Aleks Horn bildirib ki, Trismanın sözlərini təsdiqləyən sübutlar yaxın günlərdə toplanaraq FİFA-ya göndəriləcək. FİFA prezidenti Yozef Blatter isə Devid Trismanın açıqlamalarından şoka düşdüyünü etiraf edib: “Mən şokdayam. Dəlilləri yenidən nəzərdən keçirmək lazımdır. Yeni informasiya üzə çıxıb. Onu yoxlamaq və araşdırmalara başlamaq üçün bizə vaxt verin. Sübutları alan kimi FİFA etika kodeksinin qaydalarını pozanlara qarşı dərhal tədbirlər görəcəyik. FİFA İcraiyyə Komitəsi üzvləri digər konfederasiyalarda seçildikdən sonra bizə gəlirlər. Bu səbəbdən, onların mələk və ya şeytan olduqlarını deyə bilmərəm”.
Qeyd edək ki, lord Trisman İngiltərənin 2018-ci il dünya çempionatına təşkilatçılıq uğrunda komitəsi və İngiltərə Futbol Assosiasiyası sədrliyindən rəqib namizədlər Rusiya və İspaniya arasında gizli razılaşmanın əldə edilməsi ilə bağlı açıqlamaları üzündən gedib. Bu, onun katibəsi tərəfindən diktofona da yazılıb və sonradan KİV-ə ötürülüb.

594