Danışılmış oyunlarda iştirak edənləri futboldan sildilər
Lent.az-ın “apsny.ge”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar çıxarıb.
Futbolçular danışılmış oyunların təşkilində iştirak etdikləri üçün cəzalandırılıblar. Fırıldaqçılıq əməllərində günahlandırılanlar “Samtrediya”nın kapitanı Spartak Qoqiya, bu klubun futbolçusu Kaxaber Kirtadze, “Bayya”nın kapitanı Roin Oniani, həmin klubun oyunçusu Levan Vartaqava və “Vit-Corciya”nın futbolçusu Qiqa Beçvayadır. İcraiyyə Komitəsi üzvlərinin bir qismi onların 5 illik cəzalandırılmasını istəsə də, çoxluq ömürlük diskvalifikasiyanın tərəfdarı olub.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, futbolçular qeyri-leqal totalizatorların təşkilatçıları ilə əlaqədə olublar. Onlar oyunun hesabını öncədən razılaşdırıblar. Bunun müqabilində futbolçulara hər matç qarşılığında 12 – 15 min dollar mükafat verilib. Hətta danışılmış oyunlar planlaşdırılarkən künc zərbələri və əvəzləmələrin sayında da razılıq əldə olunub.
Həmin 5 futbolçu həbs edilsə də, bir müddət sonra azadlığa buraxılıb. Lakin onlar İcraiyyə Komitəsinin qərarı çıxarılanadək öz komandalarından qovulublar.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31