Ən güclü boksçular müəyyənləşdi
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, turnirin son günündə 10 çəki dərəcəsində final qarşılaşmaları keçirilib.
Son Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq) yarışın ən gənc iştirakçısı Tural Əhmədovu minimal üstünlüklə məğlub edib. Rəhim Nəcəfovla (56 kq) Şaban Şahpələngov arasında döyüş də finalın maraq doğuran qarşılaşmalarından olub. Gənclər arasında dünya birinciliyinin qalibi Şahpələngov təcrübəli rəqibinə layiqli müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov (69 kq) bu yarışda da 2-ci yerlə kifayətlənməli olub. 2005-ci ilin dünya çempionatının mükafatçısı son ölkə çempionatında olduğu kimi yenə də Sadiq Eynullayevə uduzub. 91 kq çəki dərəcəsində milli komandamızın “1 nömrəsi” olan Teymur Məmmədov WSB liqasında “Baku Fires”in heyətində yarışmış Abdulkadir Abdullayevi 7:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Digər çəkilərdə qalib alını gənclər arasında dünya çempionu Salman Əlizadə (49 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq), Fərid Paşayev (+91 kq) qazanıb.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31