“Xəzər Lənkəran” klubundan Rövnəq Abdullayevə açıq məktub
Lent.az-ın məlumatına görə, məktubda ölkə futbolunda gedən müsbət dəyişikliklərə kölgə salındığı R.Abdullayevin diqqətinə çatdırılıb. Bunu federasiya rəhbərinin diqqətinə çatdırmağı özünə borc sayan Lənkəran komandası bildirib ki, bir tərəfdən bu idman növündə genişmiqyaslı tədbirlər görüldüyü halda, digər tərəfdən müxtəlif şəxslərin işə qeyri-peşəkar şəkildə yanaşması çoxdan adət halını alıb. Bütün bunların nəticəsində istər federasiya səviyyəsində R.Abdullayevin, istərsə də klub səviyyəsində “Xəzər Lənkəran”ın gördükləri işlərin lazımi nəticə verməsi mümkünsüzləşib.
Müraciətdə qeyd olunur ki, bu mövsüm “Xəzər Lənkəran” müxtəlif oyunlarda hakimlərin qeyri-obyektiv idarəçiliyi ilə üzləşib və bununla bağlı faktlarla təsdiqlənmiş etirazını ictimaiyyətə dəfələrlə çatdırıb: “Azərbaycan Kubokunun ½ final mərhələsinin cavab oyunu olan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması da neqativ hallarla yadda qaldı. Bu qarşılaşmanın baş hakimi Rövşən Əhmədovun bütün oyun ərzində komandamıza qarşı verdiyi ədalətsiz qərarlar Hakimlər Komitəsinin işinin aşağı səviyyədə təşkil olunduğunu növbəti dəfə sübut etdi. Qeyd olunan görüşdə baş hakimin etdiyi səhvləri nümayiş etdirən videoçarxlar da klubumuzun rəsmi saytında yaxın vaxtda yerləşdiriləcək”.
Açıq məktubda bildirilir ki, hakimlik futbolun ən vacib tərkib hissələrindən biridir və hazırda ümumi inkişafın fonunda ölkədə futbol hakimlərinin işində bu qədər qüsurun olması artıq ciddi addımların atılmasının zəruriliyini göstərir. Oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilən şəxslərin özbaşınalığının qarşısının alınmaması Azərbaycan futbolunun geri addımlaması ilə nəticələnir: “Xəzər Lənkəran” Futbol Klubu yarandığı tarixdən ölkədə futbola olan marağın artmasına və bu sahədə yaranan canlanmaya özünün böyük töhfəsini verib. Əlbəttə, bu günə kimi əldə etdiyimiz və gələcəkdə əldə etməkdə israrlı olduğumuz nailiyyətlər müvafiq sərmayənin qoyulması nəticəsində gerçəkləşib. Bunun müqabilində ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı nəticəsində getdiyimiz yolda yaranan maneələr bizi narahat etməyə bilməz. Bu cür hallar təkcə bizim kluba yox, bütün ölkə futboluna böyük ziyan verir. Nəzərə alaq ki, klubumuzda və ümumilikdə ölkədə müxtəlif ölkələrdən olan əcnəbi futbolçu və məşqçilər var. Xarici ölkə təmsilçilərinin gözündə Azərbaycan futbolunun imicinin düşməsi də, yuxarıda qeyd etdiyimiz qeyri-peşəkarlığın daha bir nəticəsidir”.
“Xəzər Lənkəran” klubu ümid edir ki, bütün bunlar nəzərə alınacaq Hakimlər Komitəsinin işindəki nöqsanları araşdırıb, bu orqanın tərkibində qüsurlara yol verən şəxslər cəzalandırılacaqlar.

619