Nərimanov parkında şahmat bayramı - FOTO
Lent.az xəbər verir ki, «Heydər Əliyev - 88» silsilə tədbirləri çərçivəsində Respublika Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan seansda Azərbaycanın beynəlxalq dərəcəli qrossmeysterləri və mili yığmanın üzvləri Qədir Hüseynov, Vüqar Həşimov, Eltac Səfərli və Vasif Turalbəyli iştirak ediblər.
Seans Şahmat Federasiyasının sədri Elman Rüstəmov, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və şahmat üzrə milli yığmanın üzvü Vüqar Həşimovun qısa açılış nitqindən sonra başlayıb.
Bakı şəhər şahmat məktəblərinin xüsusi perspektiv vəd edən azyaşlı və yeniyetmələrdən ibarət 192 şahmatçısıyla keçirilən yarışda hər qrossmeyster 48 nəfərlə oynayıb. Yekunda 4 seansın hər birində fərqlənən 5 şahmatçı diplomla mükafatlandırılıb.
Böyük bir izdihamın izlədiyi, açıq havada baş tutan və əsl şahmat bayramına çevrilən turnirdə Respublika Uşaq Gənclər Şahmat məktəbi iştirakçı və diplomatların sayına görə fərqlənib. Məktəbi təmsil edən Günay Əliyevanın yetirməsi, yarışın ən azyaşlı iştirakçısı Nəsibə Xatun Niftəliyeva, Şahin Hüseynovun yetirməsi Aynur Abbasova və İslam Mahmudovun yetirməsi Nigar Mustafayeva ilə qrossmeysterlər xatirə şəkli çəkdiriblər.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55