Avropa Liqası: Portuqaliya finalı
06 may 2011 09:09 (UTC +04:00)

Avropa Liqası: Portuqaliya finalı

Lent.az-ın məlumatına görə, bu oyunlar nəticəsində Portuqaliyanın “Portu” və “Braqa” klubları finala yüksəliblər.

“Portu” öz meydançasında 5:1 hesabı ilə darmadağın etdiyi “Vilyarreal”a İspaniyada minimal fərqlə uduzub – 2:3. Lakin iki oyunun cəmində 7:4 hesablı üstünlüyə malik “əjdahalar” həlledici mərhələyə adlayıblar. “Portu”nun kolumbiyalı hücumçusu Radamel Falkao isə yenə fərqlənərək, bu mövsüm Avropa kuboklarında vurduğu qolların sayını 16-ya çatdırıb. Falkao bu göstəricidə yeni rekord müəllifi kimi tarixə düşüb. “Braqa” isə Lissabonda 1:2 hesabı ilə uduzduğu “Benfika”nı öz meydançasında məğlub edib – 1:0. Məhz səfər qolu “Braqa”nı finala çıxarıb.

“Vilyarreal” (İspaniya) – “Portu” (Portuqaliya) - 3:2
Ruben Kani, 17. Joan Kapdevilya, 75. Cüzeppe Rossi, 80-pen. - Halk, 40. Radamel Falkao, 48 İlk oyun - 1:5

“Braqa” (Portuqaliya) – “Benfika” (Portuqaliya) - 1:0
Kuştodio, 19
İlk oyun - 1:2

Final matçı mayın 18-də İrlandiya paytaxtındakı “Dublin Arena”da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar