“Böyük Qafqaz” yürüşü başlayır
Yarışda 1993-94 cü il təvəllüdlü oğlanlar iştirak edəcəklər. Hər komandanın tərkibi 6 idmançı, 2 məşqçidən ibarət olacaq. Veloyürüş mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunur.
Yürüşün ilk iki günündə Bakı – Şamaxı və Şamaxı- İsmayıllı marşrutu üzrə treninq olacaq. Mayın 12-də İsmayıllı – Qəbələ yolunda 80 km, mayın 13-də Qəbələ ətrafında 44 km, mayın 14-də Qəbələ - Şəki yolunda 85 km, mayın 15-də Şəki - Zaqatala yolunda 95 km məsafədə ötüşmə olacaq. Mayın 16-da isə velosipedçilər Zaqatala – Bakı marşrutu ilə avtobusla geri qayıdacaqlar. Turnirin baş sponsoru Azərbaycan Dövlət Neft şirkətidir.
İdman nümayəndə heyətinin şəhər və rayonlarda yemək və yataqla təminatı da Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək. Veloyürüşlə bağlı mayın 6-da saat 11.45-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı olacaq. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, xarici İşlər nazirinin müavini Araz Əzimov iştirak edəcəklər.

578