9 idmançımız Dünya Kubokunda mübarizəyə başlayır
Lent.az-ın məlumatına görə, ölkəmiz bu dəfə nüfuzlu yarışda geniş tərkibdə təmsil olunacaq. Komandamızın heyətində 3 kayakçı, 6 kanoeçi yer alacaq. Artıq onların hansı məsafəyə yürüşlərə qatılacağı dəqiqləşib. Millimizin baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında kayakçılardan Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1), Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.
Kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla (C-1) mübarizə aparacaq Avropa və dünya çempionu Valentin Demyanenko, eləcə də Andrey Kraytor 200 metr və 500 metr, Boqdan Kurudz və Adnan Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar. Avropa çempionu Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcəklər.
Üç gün davam edəcək yarışda 38 ölkədən 400-dək idmançı mübarizə aparacaq.

470