“Xəzər Lənkəran”dan 2 yeni rekord
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk 2 cəhddə yarımfinalda dayanan Lənkəran komandası 2006/2007-ci il mövsümündən sonra yalnız 1 dəfə həlledici görüşdən kənar qalıb.
2007-ci ilə təsadüf edən ilk finalında “MKT-Araz”ı 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” növbəti mövsümdə Bakı “İnter”inə əlavə vaxtda qalib gəlib – 2:0. Beləliklə, “ağ-yaşıllar” ardıcıl iki mövsüm ölkə kubokuna sahib olub. Lakin 2009-cu ildə bu komanda finala yüksələ bilməyib. Ötən mövsüm isə Lənkəran təmsilçisi həlledici görüşdə “Bakı”ya əlavə vaxtda vurulan qollarla uduzub – 1:2.
“Xəzər Lənkəran” ötən mövsümlərdə hər 3 finala Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxıb. İndi isə lənkəranlılar ilk dəfə başqa mütəxəssislə - rumıniyalı Mirça Redniklə bu qədər irəliləyib. Bununla da “Xəzər Lənkəran” Azərbaycan rekorduna imza atıb. Heç bir Azərbaycan klubu ardıcıl 5 finaldan 4-nün iştirakçısı olmayıb. Düzdür, “Qarabağ” 6, “Neftçi” 5, “Kəpəz” və bu ilki finalı da saysaq, “İnter” 4 dəfə bunu bacarıb. Lakin onların bu uğurları daha çox fasilələrlə müşayiət olunub.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “İnter” arasındakı final görüşü mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24