“Xəzər Lənkəran”a qarşı repressiya siyasəti aparılır” – MÜSAHİBƏ
“Xəzər Lənkəran” futbol klubunun direktoru Höccət Hacıyevin Lent.az-a müsahibəsi
- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Xəzər Lənkəran”ın çıxışından razı qaldınız?
- İlk görüşdə 1:0 hesabı ilə qalib gəldiyimizdən, ümumi nəticədə üstünlüyümüzü qorumaq, müdafiəyə meylli futbol oynamaq istəyirdik. Buna nə dərəcədə nail olub-olmadığımızı deyə bilmərəm. Amma nəinki bütün Azərbaycan, dünya əhalisi arasında cavab oyununa baxan hər kəs hakim ədalətsizliyinin nə demək olduğunu gördü. Bir komandaya qarşı nə qədər haqsızlığın edildiyi göz önündə idi. Bu haqsızlıqlar 2:1 hesablı məğlubiyyətimizə gətirib çıxardı.
- Hakim ədalətsizliyi dedikdə, nəyi nəzərdə tutursunuz?
- Bu oyunda ədalətsizlikdən başqa bir ədalət yox idi. Baş hakim Rövşən Əhmədovun verdiyi qərarların 90 faizi ədalətsiz idi. Bunu təkcə mən yox, mənə edilən çoxsaylı zənglərin müəllifləri də dəyərləndirir. Belə hakimlik 2009-2010-cu il mövsümündən başlayıb. Ötən mövsüm Əfqan Həmzəyev Premyer Liqanın “Xəzər Lənkəran” – “Neftçi” matçında, bu mövsüm Anar Salmanov Azərbaycan Kubokunun “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasında komandamıza qarşı qərəzli qərarlar verib. İndi də Rövşən Əhmədov “Bakı” – “Xəzər Lənkəran” görüşündə eyni ssenarini təkrarladı. Belə hallar dəfələrlə baş verib. Mən bütün bunları “Xəzər Lənkəran”a qarşı repressiya siyasəti kimi dəyərləndirirəm.
- Repressiya siyasəti kimlər tərəfindən aparılır?
- Hakimlər Komitəsi tərəfindənmi deyim, AFFA-da oturan müəyyən qüvvələr tərəfindənmi deyim? Hər halda mən bunu belə dəyərləndirirəm. Bunu ancaq repressiya siyasəti adlandırmaq olar. Pul verib desəm ki, məni bu qədər müdafiə elə, heç bir hakimin buna gücü çatmaz. Yalnız hakimlərin arxasında dayanan müəyyən qüvvələr bu cür idarəçilik tələb edə, hakimlər də onlara arxayın olaraq, belə ədalətsizliklərə yol verə bilərlər. Məncə, hakimin yalnız pul xətrinə rəqib komandanı bu cür müdafiə etməsi mümkün deyil.
- “Neftçi” ilə ¼ final mərhələsindən sonra da hakimlikdən narazılıq etmişdiniz. Halbuki həmin oyunda 4:3 hesablı qələbə qazanmışdınız. İndi də “Bakı” ilə cavab görüşündən sonra finala yüksəldiyiniz halda, hakimliyə etiraz edirsiniz...
- Biz istəyirik ki, ədalətsizliyə son qoyulsun. Lənkəran bölgəsində insanlar futbolla yaşayırlar. Mən evdə futbolu izləyəndə 10 yaşlı qızım soruşur: “Ata, niyə xarici futbola baxanda yalnız zövq alırıq, amma bizim futbolu izləyəndə yalnız əsəbiləşirik?” 10 yaşlı qız belə sual verəndə adam bilmir nə cavab versin? Budurmu Azərbaycan futbolunu inkişaf etdirmək? Budurmu Azərbaycan futbolunu irəli aparmaq? Bu, nə dərəcədə düzgün yoldur, mən bilmirəm.
- Konkret, oyunun 83-cü dəqiqəsində baş verən penalti epizodu ilə bağlı hansı fikirdəsiniz?
- O cür epizodlar hər dəfə penalti kimi dəyərləndirilsəydi, bu mövsüm “Xəzər Lənkəran” heç olmasa, 20 penalti vurmuşdu. Eləyə qalsa, Premyer Liqada ötən tur “İnter”lə oyunumuzda da həmin Rövşən Əhmədov açıq-aşkar penalti epizodunu 10 qat artıq dəyərləndirməli idi. Amma həmin vaxt Əhmədovun fiti susdu. İndi isə sanki penalti vermək üçün fürsət gözləyirmiş. O epizodda dərhal fit çalıb penalti təyin etdi.
- Əsas vaxta 5 dəqiqə artırılmasından da narazı idiniz...
- Mən Azərbaycan futbolunda əsas vaxta 5 dəqiqə artırılması hallarını bir-iki dəfə görmüşəm. “Bakı” ilə oyunda əsas vaxta 5 dəqiqə əlavə olunduğu göstərilsə də, bu, 7 dəqiqəyədək davam etdi.
- Komandanız 1:2 hesabı ilə uduzsa da, səfərdə qol vurduğu üçün finala yüksəldi. Bununla belə, hakimliyə kəskin formada etiraz etdiniz və nəticədə kütləvi iğtişaşlar baş verdi. Birdən uzatma dəqiqələrində 3-cü qolu da buraxaraq, mübarizəni dayandırsaydınız, oyundan sonra daha nələr baş verə bilərdi?
- Əvvəlcə bu iğtişaşların səbəbini, narazılığın nədən qaynaqlandığını araşdırmaq lazımdır. Düzdür, biz finala çıxdığımız üçün sevinməliyik. Amma sevinə bilmirik. Öz uğurumuza, Azərbaycan futbolunun rəzilliyinə sevinə bilmirik. O qüvvələr hansı məqsəd güdürlər? Azərbaycan prezidenti, möhtərəm İlham Əliyev 2005 - 2015-ci illərdə futbolun inkişafına dair çox gözəl Dövlət Proqramı təsdiqləyib. Biz bu proqramı dəstəkləməli, futbolumuzu inkişafa doğru aparmalıyıq. Amma müəyyən qüvvələr futbolumuzu arxaya dartırlar.
- Müəyyən qüvvələr dedikdə, kimləri nəzərdə tutursunuz?
- O hakimlərin arxasında duranların kimlər olduğu aydındır. Hakimləri dəfələrlə etdikləri səhvlərə görə televiziyaya çıxıb müdafiə etmək lazım deyil. Əksinə, onlar cəzalandırılmalıdırlar. Hər dəfə ekran qarşısında onları müdafiə edəndə bunların axırı belə həddə gəlib çıxır.
- Oyundan sonra polislər komandanızın rəisi Səməd Mustafayevi niyə bölməyə apardılar?
- Həmin epizodda Səməd Mustafayev hakimə sadəcə, narazılığını bildirirdi. Amma polislərin etdiyi hərəkətlər, Mustafayevin qolunu burmaları münaqişəni bir az da qızışdırdı və bu həddə gətirib çıxardı. Komandamızın rəisi sadəcə, hakimə etirazını bildirdi. Bu vaxt polislər onun üstünə cumdular. Sanki caninin üstünə cumurdular. Səməd müəllimin əl-qolunu bağladılar, itələdilər və nəticədə münaqişə yarandı.
- Hakimin söyülmədiyini deyirsiniz. Amma praktikaya əsasən, əsəbi ola-ola söyüş söyməmək mümkün deyil...
- Söyülməyə qalsa, stadiona toplaşan 1000 – 1500 tamaşaçı haqsızlığa söyüşlə reaksiya verirdilər. Görün, Azərbaycan futbolunu nə günə salıblar ki, ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünə cəmi 1500 tamaşaçı gəlib. Camaatı niyə futboldan küsdürürlər? İnsanlar stadiona söyüşlər eşitməyəmi, əsəbləri tarıma çəkilməyəmi gəlməlidirlər? Azərbaycan futbolu rəzillikdir. Onlar bu rəzilliyə baxmaq istəmirlər. Belə biabırçılıqları görmək istəmirlər. Futbol həm də bir istirahət deməkdir. Təəssüf ki, camaat bizim stadionlarda futbola baxa-baxa istirahət edə bilmir.
- Etirazınızı rəsmi formada bildirəcəksiniz?
- Klub olaraq bildirməyəcəyik. Amma Lənkəranda azarkeşlərin, ziyalıların şok vəziyyətində olduqlarından xəbərdaram. Onlar ölkə prezidentinə müraciət etməyə hazırlaşırlar, bu biabırçılığın qarşısının alınmasını istəyirlər. Bu biabırçılığın qarşısı alınmasa, Azərbaycanda futbol inkişafa yox, tənəzzülə doğru gedəcək.
- “Xəzər Lənkəran” final oyununa da baş məşqçi Mirça Redniksiz çıxacaq. Rednikin 5 oyunluq cəzasının qalan 2 matçlıq hissəsinin götürülməsini xahiş etmək fikriniz yoxdur?
- Bilirsiniz, kepkanı yerə çırpmağa görə 5 oyun cəza verirlər. Amma ötən mövsüm hakimə kəllə atan əvvəlki baş məşqçimiz Ağasəlim Mircavadov cəmi 2 matçlıq diskvalifikasiya edilmişdi. Rednikin 5 oyunluq cəzası ilə bağlı apellyasiya versək də, rədd cavabı almışıq. Ona görə də bizi istəməyən qüvvələr buna getməzlər. Digər tərəfdən, AZAL-ın baş məşqçisi Nazim Süleymanovun hakimə etiraz etməsi cəmi 1 oyunluq cəzaya səbəb olub. Bütün bunlar hər şeyi aydın göstərir və “Xəzər Lənkəran”a qarşı ötən mövsümdən başlayan və indiyədək davam edən repressiya siyasətinin tərkib hissəsi olduğunu göstərir.
- Əgər elədirsə, Sizcə, repressiya siyasəti niyə məhz “Xəzər Lənkəran”a qarşı aparılmalıdır?
- Bu, bizə də çox maraqlıdır. Halbuki “Xəzər Lənkəran” Azərbaycan futboluna xüsusi zövq gətirir. Bu komanda ölkə çempionatında olmasa, futbolumuzun rəngarəngliyi itəcək. Amma biz özümüz də bilmirik ki, nəyə görə müəyyən qüvvələr “Xəzər Lənkəran”ı görmək istəmirlər? Bu qədər azarkeşi olmağına görəmi, yoxsa qısqanclıqdanmı, anlaya bilmirəm.
- Klubunuzun fəxri prezidenti Mübariz Mənsimov bunlardan xəbərdardır?
- Onun nə dərəcədə xəbərdar olduğunu bilmirəm. Yəqin ki, mətbuatdan izləyir. Sözsüz ki, belə hallar hər bir insana təsir edir. Milyonlarla pulunu sərf etdiyin halda, ədalətsizlik görəndə, adam necə olar? Düzdür, Mübariz Mənsimov mübarizəni sevən adamdır. Amma necə olsa, adama təsir edir.
- Komandanız Lənkərana nə vaxt qayıdacaq?
- Bu gün qayıtmalıdır. Lənkəran şəhərinin girişində 500-dək azarkeşin iştirakı ilə “Xəzər Lənkəran” üçün qarşılanma mərasimi keçirəcəyik. Bu, xüsusən, komandamızın legionerləri üçün vacibdir. Çünki onlar da hakim ədalətsizliyini görürlər. İstəməzdik ki, belə hallara görə ruhdan düşsünlər və bu da onların oyunlarına təsir göstərsin.
Elşən MƏMMƏDOV

607