Azərbaycan Kuboku: Yenə “Xəzər Lənkəran”la “İnter”!
Lent.az-ın məlumatına görə, mayın 24-də keçiriləcək həlledici qarşılaşmada “Xəzər Lənkəran” və Bakının “İnter” klubları qarşılaşacaq.
Bu, yarımfinal mərhələsinin Bakıda baş tutan cavab görüşləri yekunlaşdıqdan sonra müəyyənləşib. AZAL klubu eyniadlı stadionda “İnter”ə 0:1 hesabı ilə uduzub. İlk görüş qolsuz heç-heçə ilə nəticələndiyindən, finala qonaqlar yüksəliblər. “Bakı” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Xəzər Lənkəran”ı öz meydançasında məğlub edib – 2:1. İki oyunun cəmində ümumi hesab bərabərləşsə də, səfərdə vurduğu qol Lənkəran komandasını finala çıxarıb.
“Bakı” – “Xəzər Lənkəran” - 2:1
Leandro Roşa, 49. Fabio Luis Ramim, 85-pen. - Rahid Əmirquliyev, 57
İlk oyun – 0:1
AZAL (Bakı) – “İnter” (Bakı) - 0:1
David Odikadze, 2
İlk oyun – 0:0.
Qeyd edək ki, həm “Xəzər Lənkəran”, həm də “İnter” finala 4-cü dəfə yüksəlib. Lənkəranlılar 2 dəfə - 2007 və 2008-ci illərdə ölkə kubokunu qazanmağa müvəffəq olsalar da, ötən mövsüm həlledici görüşdə “Bakı”ya uduzublar – 2:1. “İnter” isə 2005, 2008, 2009-cu illərdə final oynasa da, hər üç halda uduzub. Üç il öncə bu komandanın qarşısını məhz “Xəzər Lənkəran” kəsib – 2:0. Hər iki qolu əlavə vaxtda hazırda “Bakı”da çıxış edən Juninyo vurub.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55