Çempionlar Liqası: “Barselona” üçün layiqli rəqib
05 may 2011 10:03 (UTC +04:00)

Çempionlar Liqası: “Barselona” üçün layiqli rəqib

Lent.az-ın məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu Almaniyanın “Şalke 04” komandasını qəbul edib.

“Old Trafford” stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. “Qırmızı şeytanlar” hər hissədə iki qol vurub. Ueyn Runi və Rayan Giqqzin çıxış etmədiyi görüşdə baş məşqçi Aleks Ferqyusonun komandasından ilk yarıda Luis Valensiya və Darron Gibson fərqlənib. Fasilədən sonra isə Anderson 5 dəqiqəyə “dubl” edib. “Şalke 04”ün təsəlli topunu isə Xose Xurado vurub.


“Mançester Yunayted” (İngiltərə) – “Şalke 04” (Almaniya) - 4:1
Luis Valensiya, 26. Darron Gibson, 31. Anderson, 72; 76 - Xose Xurado, 35
İlk oyun – 2:0.

Beləliklə, “Mançester Yunayted” iki oyunun yekununda 6:1 hesablı üstünlüklə finala yüksəlib. “Qırmızı şeytanlar”ın həlledici qarşılaşmada rəqibi İspaniyanın “Barselona” klubu olacaq. Bu komandalar iki il öncə də finalda görüşüblər. Həmin vaxt “Barselona” qalib gəlib – 2:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar