Elnur Məmmədlinin qatılmayacağı turnirdə 36 cüdoçu
04 may 2011 20:04 (UTC +04:00)

Elnur Məmmədlinin qatılmayacağı turnirdə 36 cüdoçu

Mayın 6-da Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Qran-pri turniri start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, üç gün davam edəcək turnirin ümumi mükafat fondu 100 min dollar təşkil edəcək.

Birinci yeri tutan cüdoçular 3 min dollar, finalçılar 2 min dollar, bürünc mükafatın sahibləri isə hərəyə min dollar qazanacaqlar. Turnirdə ölkəmizi 36 cüdoçu - Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Asim Xələfov (hamısı 60 kq), Tərlan Kərimov, Samir Dadaşzadə, Rüstəm Orucov, Emil Həsənov (hamısı 66 kq), Renat Mirzəliyev, Ramil Qasımov, Elvin Əhmədli, Nadir Babayev (hamısı 73 kq), Elxan Rəcəbli, Rüstəm Alimli, Tural Səfquliyev, Seymur Rzazadə (hamısı 81 kq), Elxan Məmmədov, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Kənan Nağıyev (hamısı 90 kq), Elmar Qasımov, Sain Məmmədov, Zaur Bağırov, Emin Hüseynov (hamısı 100 kq), Emil Tahirov, Rafael Şahverdiyev, Andrey Fətiyev (hamısı +100 kq), Aynur Əliyeva, Aytən Bayramova (hər ikisi 48 kq), Şahanə Hüseynova, Aysel Osmanlı, Turanə Seyidi (hamısı 52 kq), Kifayət Qasımova, Natalya Musayeva (hər ikisi 57 kq), Ramilə Yusubova (63 kq) və Rəqiyyə Qarayeva (70 kq) təmsil edəcək.

Qeyd edək ki, olimpiya çempionu Elnur Məmmədli Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa çempionatında zədələndiyindən, Qran-priyə qatılmayacaq. Turnirdə Azərbaycan cüdoçuları ilə bərabər Əlcəzair, Belarus, Belçika, Braziliya, Kamerun, Kanada, IJF, Latviya, Litva, Lüksemburq, Moldova, Monqolustan, Mərakeş, Hollandiya, Çin, Peru, Polşa, Xorvatiya, Portuqaliya, Çex Respublikası, Rumıniya, Rusiya, Misir, Serbiya, Estoniya, Slovakiya, Finlandiya, Sloveniya, Fransa, İspaniya, Gürcüstan, Almaniya, Qabon, Qana, İsveç, İsveçrə, Tacikistan, Tunis, Türkiyə, Macarıstan, İran, İrlandiya, İsrail, İngiltərə, ABŞ, İtaliya, Özbəkistan, Qazaxıstan və Ukraynadan ümumilikdə 395 cüdoçu mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar