Unibank Premyer Liqası: Gümüş medal kimin olacaq?
Lent.az-ın məlumatına görə, turun mərkəzi görüşü mayın 7-də “Xəzər Lənkəran”la “Qarabağ” klubları arasında keçiriləcək.
Artıq “Neftçi” çempionluğu təmin etdiyindən, bu qarşılaşma gümüş medalların taleyinə aydınlıq gətirilməsi baxımından böyük əhəmiyyətə malikdir. “Xəzər Lənkəran” qalib gələcəyi halda, ikinci yeri böyük ölçüdə təmin edəcək. Ötən tur “Bakı” ilə çətinliklə heç-heçə edərək, Lənkəran komandasını üstələmək üçün əlverişli şansdan yararlana bilməyən “Qarabağ”ı indi daha çətin sınaq gözləyir. Lakin təsnifat mərhələsində səfərdə 2:1 hesablı qələbə qazanmağı bacaran Ağdam klubunun “Xəzər Lənkəran”a yenə başağrısı olacağını gözləmək mümkündür. Heç-heçə təqdirində isə AZAL bürünc medal şanslarını tamamilə itirəcək. “Xəzər Lənkəran” – “Qarabağ” matçı saat 20:00-da başlanacaq.
İlk “6-lığ”ın digər qarşılaşmaları paytaxt derbisi əhəmiyyətinə malikdir. Lakin “Neftçi” – “İnter” və “Bakı” – AZAL matçları ən yaxşı halda, 4-cü pillənin sahibini müəyyənləşdirmək baxımından əhəmiyyətli ola bilər.
7 may (şənbə)
15:00. “Bakı” – AZAL (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.
16:00. MOİK (Bakı) – “Simurq” (Zaqatala)
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.
20:00. “Xəzər Lənkəran” – “Qarabağ” (Ağdam)
Lənkəran şəhər mərkəzi stadionu.
8 may (bazar)
16:00. “Qəbələ” – “Turan” (Tovuz)
Qəbələ şəhər stadionu.
15:00. “Muğan” (Salyan) – “Gəncə”
“Şəfa” stadionu.
15:30. “Neftçi” (Bakı) – “İnter” (Bakı)

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55