“Biz bunu bacaracağıq”
“Xəzər Lənkəran” klubu mayın 4-də “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi NBC Bank Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə itkilərlə çıxacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun öncəsi son məşqdə albaniyalı müdafiəçi Elvin Beqiri iştirak etməyib.
Beqiri “İnter”lə Unibank Premyer Liqasının ötən tur qarşılaşmasında zədələnib. Yarımmüdafiəçi Elnur Abdullayev isə məşqə qatılsa da, sarı vərəqə limitini keçdiyindən, “Bakı”ya qarşı oynamayacaq. Rumıniyalı müdafiəçi Manuel Skarlatakenin yüngül zədəsi olduğundan, komandadan ayrı məşğul olub. Onun qarşılaşmayadək hazır olacağı gözlənilir.
Ötən həftə Lənkəranda baş tutmuş ilk görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Yeganə topu Uinston Parks vurub. Parks aprelin 30-da “İnter”lə keçirdikləri çempionat matçında isə meydançaya ikinci hissədə daxil olub. Üç qolla Azərbaycan Kubokunun bombardiri olan kostarikalı hücumçu artıq özümü yaxşı hiss etdiyini bildirib: “Cavab oyununa tam hazır olduğumu deyə bilərəm. Əlbəttə, qarşıdakı görüş çox çətin olacaq. Rəqibi ötən oyunda məğlub etdiyimizdən, onlar kifayət qədər əsəbi olacaqlar”.
Təcrübəli forvard “Bakı” ilə təkrar qarşılaşmadan da qələbə gözlədiyini söyləyib. Lakin Parksın fikrincə, bunun üçün “Xəzər Lənkəran” çox diqqətli olmalı və əlinə düşən hər bir fürsətdən yararlanmalıdırlar: “Azarkeşlərimizin də, komandanın da bu qələbəyə ehtiyacı var. Ümid edirəm ki, biz bunu bacaracağıq”.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu saat 18:00-da başlanacaq.

Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39