Azərbaycan yığmasının daha bir qapıçısını Almaniya klubuna çağırdılar
04 may 2011 12:44 (UTC +04:00)

Azərbaycan yığmasının daha bir qapıçısını Almaniya klubuna çağırdılar

Futbol üzrə Azərbaycan milli komandasının və Unibank Premyer Liqasına yüksələn “Abşeron” klubunun qapıçısı Andrey Popoviç Almaniyanın 2-ci Bundesliqa təmsilçisi Düsseldorfun “Fortuna” klubuna baxışa dəvət edilib. Lent.az-ın məlumatına görə, bu barədə “Abşeron”un baş məşqçisi Mirbağır İsayev klubun mətbuat xidmətinə açıqlama verib.

İsayev Popoviçin böyük “5-lik” ölkələrindən biri sayılan Almaniya birinciliyinin iştirakçısından təklif almasını komandası üçün böyük uğur sayıb: “Doğrudur, baxışa çağırılmaq hələ “Fortuna”nın tam hüquqlu üzvü olmaq deyil. Lakin Popoviç inamlı oyunu ilə mütəxəssislərin diqqətini cəlb etməyi bacarıbsa, onun ilboyu çəkdiyi zəhmət hədər getməyib. Biz gənc qapıçını heyətimizə qatanda o, “Bakı” klubunun əvəzedici heyətinin heç ehtiyat skamyasında da yer almırdı. Lakin “Abşeron”da çıxış etməyə başlayandan sonra onun futbolçu karyerası yüksələn xətt üzrə inkişaf etdi. O, tədricən Azərbaycanın milli komandasına dəvət almağa başladı, sonralar isə Kamran Ağayevin əvəzedicisı kımi heyətdə möhkəmləndi. Buna görə də, “Fortuna”dan təklifi gözlənilməzlik kimi deyil, normal hadisə kimi qəbul edirəm”.

Baş məşqçi hər şeyin Popoviçin özündən asılı olduğunu da vurğulayıb. Onun fikrincə, “Fortuna”dan aldığı təklif gənc qapıçının gələcək uğurlarının avansı kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar