“Turan”ın sabiq baş məşqçisini əlbəyaxa döyüşə buraxmadılar
Lent.az-ın məlumatına görə, mübahisə GFF rəsmiləri ilə veteran futbolçu, Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Revaz Dzodzuaşvili arasında yaranıb.
Dzodzuaşvili federasiya rəsmilərini fəaliyyətsizlikdə suçlayıb. Veteran futbolçunun sözlərinə görə, GFF problemin həlli naminə heç nə etmir. Onun ittihamlarına Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya cavab verib. Ketsbaya bildirib ki, vaxtilə məhz veteranlar və GFF-in keçmiş rəhbərliyinin fəaliyyətsizliyi üzündən Gürcüstan futbolu fəlakətli vəziyyətə düşüb. Tərəflər arasında konflikt yaranıb. Münaqişə yalnız digər tədbir iştirakçılarının müdaxiləsi nəticəsində davaya keçməyib.
Qeyd edək ki, GFF-in mətbuat konfransı bir neçə komandanın danışılmış oyunlara gedərək, totalizatorlardan uduş məqsədilə oyunların nəticələrini saxtalaşdırması ilə əlaqədar çağırılıb. Söhbət Roin Onuani, Levan Virtaqava (hər ikisi “Bayya”), Spartak Qoqiya, Kaxaber Kirtadze (hər ikisi “Samtrediya”) və Giqa Beçvayadan (“Vit-Corciya”) gedir. Oniani və Qoqiya öz komandalarının kapitanı olub. Danışılmış oyun qarşılığında futbolçulara hər oyuna 12-15 min dollar verilib. Onlar Gürcüstan Daxili İşlər Nazirliyində dindirildikdən sonra azadlığa buraxılıblar. Artıq adları hallanan oyunçular öz klublarından kənarlaşdırılıblar.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55