Çempionlar Liqası: “Real Madrid” üçün sınaq günü
Lent.az-ın məlumatına görə, aprelin 3-də Bakı vaxtı ilə saat 23:45-də İspaniyanın “Barselona” və “Real Madrid” klubları arasında start götürəcək yarımfinal mərhələsinin cavab görüşü həlledici qarşılaşmaya birinci vəsiqənin taleyinə aydınlıq gətirəcək.
“Kral klubu” cəzalı baş məşqçisi Joze Mourinyonun köməyi olmadan “Nou Kamp” stadionunda qeyri-mümkün görünən vəzifənin öhdəsindən gəlməyi bacarmalıdır. İlk görüşdə Kataloniya komandası Madriddən 2:0 hesablı qələbə ilə ayrılıb. Hər iki qolu Lionel Messi vurub. İlk görüşdə texniki zonadan kənarlaşdırıldığı üçün Mourinyoya stadionda məşqçilər heyəti ilə istənilən formada ünsiyyət qadağan edilib. UEFA normalarına əsasən, o, özünün məşqçilər heyətinə nə oyunadək, nə də oyun vaxtı heç bir məlumat göndərə bilməz. Portuqaliyalı mütəxəssis komandasına görüş yekunlaşdıqdan 15 dəqiqə sonra qoşula bilər. Lakin UEFA Mourinyoya oyun öncəsi və oyundan sonrakı mətbuat konfransına qatılmağı qadağan etməyib. Bununla belə, baş məşqçi oyun öncəsi mətbuat konfransına gəlməyib. Jurnalistlərlə Mourinyonun köməkçisi Aytor Karanka və hücumçu Kərim Benzema ünsiyyətdə olub. Buna görə reportyorlar çox şey itirsələr də, ötən gün qarşıdakı görüşlə bağlı yeniliklər az olmayıb. UEFA hər iki klubun bir-birindən şikayət məktubunu təmin etməyib. Madridlilər “Barselona”nın 6 futbolçusunun, qarşı tərəf isə Joze Mourinyonun cəzalandırılmasını tələb edib.
Bugünkü oyunda Mourinyonun səlahiyyətlərini Karanka yerinə yetirəcək. 37 yaşlı mütəxəssis futbolçu kimi “Real Madrid”lə 3 dəfə Çempionlar Liqasını və İspaniya çempionluğunu qazanıb. O, cəzalı Serxio Ramos və Pepenin, eləcə də zədəli Fernando Qaqo və Sami Xediranın xidmətindən yararla bilməyəcək. “Barselona”ya isə zədəli Adriano, Maksvell və Qabi Miliyo kömək etməyəcək. Əvəzində Erik Abidal və Andres İnyesta zədəsini bərpa edib və oyunun sifariş ərizəsinə daxil edilib.
İki nəhəng arasında 18 günü əhatə edən 4 oyunluq qarşıdurmaya məhz bu görüşlə yekun vurulacaq. Əvvəlki 3 qarşılaşmadan 1-də “Real Madrid”, 1-də “Barselona” qalib gəlib, 1-i isə heç-heçə ilə nəticələnib. “Barsa” Çempionlar Liqasının finalına yüksəlsə, əzəli rəqibi bu mövsüm, çox güman ki, İspaniya Kuboku ilə kifayətlənməli olacaq. Çünki İspaniya çempionunun məhz “Barselona” olacağı heç kimdə şübhə doğurmur.
Görüşü belçikalı baş hakim Frank de Blekere idarə edəcək. Onun işinə isə məşhur italiyalı Pyerluici Kollina qiymət verəcək.

592