Maradona və Fiqu Çeçenistana gəlir
Lent.az-ın məlumatına görə, bu barədə Çeçenistan prezidentinin mətbuat xidmətindən “İnterfaks”a açıqlama verilib. Görüş mayın 11-də Qroznıda Əhmədhacı Kadırov adına idman kompleksinin açılışı münasibətilə idman qurğusuna daxil olan 30 min nəfərlik stadionda keçiriləcək. “Dünya ulduzları” yığmasında Maradona və Fiqudan əlavə, qapıçı Fabyen Bartez, müdafiəçi Franko Barezi, Alessandro Kostakurta, Manuel Amoros, Roberto Ayyala, yarımmüdafiəçi Entso Françeskoli, Stiv Makmanaman, Alen Boqossyan, hücumçu Robbi Fauler, Jan-Pyer Papen, Kristian Vyeri, İvan Samorano və digərləri yer alacaqlar. Kadırovun komandasında isə rusiyalı məşhur futbolçular çıxış edəcəklər. Bu komandanın heyəti hələ açıqlanmayıb.
Qeyd edək ki, Qroznıda martın 8-də də dünya ulduzlarının iştirakı ilə yoldaşlıq görüşü keçirilib. Həmin oyunda Rusiya və Avropa futbol veteranlarından təşkil olunmuş komanda ilə 2002-ci il nümunəsi olan Braziliya yığması qarşılaşıb. “Terek” stadionunda keçirilmiş görüş “sambaçı”ların qələbəsi ilə yekunlaşıb – 6:4.

577