Nazim Süleymanovu da Mirça Rednikə qoşdular
Süleymanov “İnter”lə NBC Bank Azərbaycan Kubokunun ilk yarımfinal qarşılaşmasının 85-ci dəqiqəsində texniki zona qaydalarına riayət etməyib. Meydançadan kənarlaşdırılan baş məşqçi 1 oyunluq cəzaya, klubu isə 1000 manat cəriməyə məruz qalıb. Onun cəzası ölkə kubokunda təkrar oyuna şamil ediləcək.
Petrov isə Unibank Premyer Liqasının XXIX turunda “Neftçi” ilə oyunun 87-ci dəqiqəsində baş hakim Rövşən Əhmədova qarşı kobudluq edib. O, hakimi yerə yıxdığı üçün birbaşa qırmızı vərəqə alıb. Petrova 2 oyunluq cəza, klubuna isə 2 min manat cərimə kəsilib. Diskvalifikasiya yalnız çempionat oyunlarına şamil ediləcək.
AZAL – “Neftçi” görüşündə qonaq komanda azarkeşləri metal arakəsmələri əyib-sındırıblar. Bu səbəbdən, “Neftçi” klubu dəymiş zərərə uyğun olaraq AZAL-ın təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
“Qəbələ” də 3 min manat ziyana düşüb. Bu məbləğin 2 min manatı Deon Bartonun “Simurq”la görüşdə kobud oyunla əlaqədar birbaşa qırmızı vərəqə almasından irəli gəlib. Bartonun özü 2 oyunluq cəzalandırılıb. “Qəbələ” daha min manat cəriməni həmin görüşdə 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəyəcək. Eyni səbəbdən, “Bakı” da min manat ziyana düşüb. Paytaxt klubunun 4 futbolçusu “Qarabağ”la görüşdə sarı vərəqə alıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun mayın 4-də keçiriləcək təkrar yarımfinal matçında “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də “Bakı” ilə oyunu tribunadan izləməli olacaq. Rednik “Neftçi” ilə ¼ final mərhələsinin ilk görüşündə etdiyi hərəkətə görə 5 oyunluq cəzalandırılıb.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55