“Milan” klubu “Neftçi”ni təbrik etdi - FOTO
03 may 2011 12:18 (UTC +04:00)

“Milan” klubu “Neftçi”ni təbrik etdi - FOTO

Lent.az-ın məlumatına görə, altıncı dəfə çempion tituluna yiyələnən flaqmanın ünvanına məşhur klubların, mütəxəssislərin, idman xadimlərinin adından təbriklər gəlməkdədir.

Belə təbriklərdən biri də planetin ən nəhəng klublarından olan İtaliya “Milan”ından daxil olub. “Rossonyerlər”in vitse-prezidenti Adriano Qallianinin imzası ilə “Neftçi”nin prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: “A.C. Milan” ailəsi adından Sizi 6-cı dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik”.

Qeyd edək ki, “Milan” dünyanın ən titullu klublarından biridir. 1899-cu ildə əsası qoyulan komanda 17 dəfə İtaliya çempionatının, 5 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya Superkuboku, 7 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Superkuboku və 2 dəfə Kuboklar Kubokunun qalibi olub. Bundan başqa, Milan şəhərinin eyniadlı təmsilçisi 2007-ci ildə klublararası dünya çempionatında da qızıl medallara sahib çıxıb.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar