“Qarabağ” “Everton” və “Qalatasaray”dan öndə
Lent.az-ın məlumatına görə, 406 ən güclü klubun olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.
Ağdam komandası ötən ayla müqayisədə 9 pillə irəliləyib. Hazırda “Qarabağ” 82 xalla 209-cu yerdədir. Azərbaycan təmsilçisi Qətərin “Əl-Sədd” və Meksikanın “Real San Luis” klubları ilə eyni pilləni bölüşür. Əvəzində “Qarabağ” “Everton, “Qalatasaray”, “Bordo”nu 5 pillə qabaqlayır. Ağdam klubunun geridə qoyduqları arasında “Hoffenhaym” (Almaniya), “Maynts” (Almaniya), “Birmingem” (İngiltərə), “Atletik” (İspaniya), “Fulhem” (İngiltərə), “Bursaspor” (Türkiyə), “Fiorentina” (İtaliya) kimi komandalar da var.
Siyahıya isə artıq “İnter” (İtaliya) deyil, “Barselona” (İspaniya) başçılıq edir. 300 xala malik “Barsa” ən yaxın izləyicisi olan prinsipial rəqibi “Real Madrid”i 2 xal geridə qoyur. “İnter” isə 250 xalla 5-ci pilləyə enib. “Portu” (Portuqaliya) 278 xalla 3-cü, “Mançester Yunayted” (İngiltərə) isə 269 xalla 4-cü pilləyə yüksəlib.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55