Yalnız Azərbaycanda
Mayın 1-də “Neftçi” klubu futbol üzrə Unibank Premyer Liqasının qalibi olsa da, komandaya çempionluq kuboku təqdim olunmayıb. Lent.az-ın məlumatına görə, dünya futbolunda hətta ölkənin ən ucqar şəhərinə aparılan çempionluq kuboku Azərbaycan paytaxtındakı Şüvəlan qəsəbəsinə getməyib.
Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi AZAL üzərində qələbədən sonra vaxtından əvvəl çempionluğu təmin edən flaqmana kuboku stadionda verməyib. Halbuki dünya praktikasında komandanı elə çempion olduğu arenada müvafiq mükafatla təltif edirlər. Məsələn, aprelin 30-da Almaniya çempionluğunu vaxtından əvvəl qazanan Dortmund “Borussiya”sına “Siqnal İduna Park” stadionunda Gümüş Salatqabı veriblər.
Azərbaycanda ötən ildən verilməyə başlayan çempionluq kubokunun ilk sahibi Bakının “İnter” klubu olub. Həmin vaxt “İnter” çempionluğu son turda təmin etdiyindən, müvafiq kubokla “Şəfa” stadionunda təltif edilib. Amma indi “Neftçi” sona 3 tur qalmış çempion olub. Ona görə də “ağ-qaralar” kuboku elə çempionluq qazandıqları AZAL stadionunda almalı idilər. Bəs görəsən, mükafatın yerindəcə verilməməsinə səbəb nə olub?
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Lent.az-a açıqlamasında bildirib ki, çempionluq kubokunun komandaya verilməməsinin səbəbini bilmirlər. Əşrəfoğlu bunun səbəbi ilə maraqlanmadıqlarını da əlavə edib.
Onun PFL-dəki həmkarı Aslan Şahgəldiyevin dediklərindən isə “Neftçi”nin daha 17 gün gözləməli olacağı üzə çıxıb. Şahgəldiyev Lent.az-a deyib ki, çempionluq kuboku Premyer Liqanın son turu çərçivəsində flaqmanın mayın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”la keçəcəyi oyundan sonra veriləcək. Şahgəldiyev bu qərarı PFL rəhbərliyinin verdiyini vurğulayıb.
Elşən MƏMMƏDOV

621