Sadıq Sadıqov: “Neftçi”nin Avropa kuboklarında da parlaq qələbələrinin şahidi olacağımıza inanıram”
02 may 2011 12:47 (UTC +04:00)

Sadıq Sadıqov: “Neftçi”nin Avropa kuboklarında da parlaq qələbələrinin şahidi olacağımıza inanıram”

Lent.az-ın məlumatına görə, Sadıqov klubun rəsmi saytına açıqlamasında bu anı Azərbaycanın bir nömrəli klubunun azarkeşlərinin səbirsizliklə gözlədiklərini söyləyib.

“Şadam ki, komandamız bu mövsüm çətin missiyanın öhdəsindən layiqincə gələrək, azarkeşlərə bu sevinci yaşatdı. “Neftçi” 2010/2011-ci il futbol mövsümünə ciddi hazırlaşmışdı. Komandanın heyətində bir çox dəyişikliklər etdik. Səviyyəli legionerlərdən və ölkəmizin tanınmış futbolçularından, həmçinin yerli gənc oyunçulardan qurulan bir komandanın qarşısına heç şübhəsiz ki, ən yüksək vəzifə - çempionluq qoyulmuşdu. Komandamız da bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldi” - deyə, klub prezidenti bildirib.

Amma Sadıqov bununla “Neftçi”nin hədəfinin tükənmədiyini vurğulayıb. Onun sözlərinə görə, qarşıda “Neftçi”ni Avropa Çempionlar Liqasında gərgin mübarizə gözləyir: “İnanıram ki, biz birlikdə “Neftçi”nin qitə miqyaslı oyunlarda da parlaq qələbələrinin şahidi olacağıq. Azərbaycan futbolu 2011-ci ildə 100 illik yubileyini qeyd edir. Biz də “Neftçi” futbol klubu olaraq Avropada qazanacağımız uğurlarla bu yubileyə töhfəmizi vermək arzusundayıq. AFFA rəhbərliyi tərəfindən ölkə futbolunun inkişafı üçün böyük işlər görülür. Uşaq və yeniyetmə futboluna diqqət artırılır, məşqçilər və futbolçular üçün hər cür şərait yaradılır, futbol veteranlarına, mütəxəssislərə qayğı göstərilir, infrastrukturun yaradılması üçün önəmli planlar həyata keçirilir. Qalır futbolçularımızın öz oyunu ilə nailiyyətlər qazanaraq, azarkeşlərə sevinc hisləri yaşatması. Ümidvaram ki, “Neftçi”nin də yaxın gələcəkdə bu qələbələrdə payı olacaq. Bir daha komandamızın bütün üzvlərini çempionluq münasibəti ilə təbrik edirəm və bu qələbələrin davamının gəlməsini arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar