“Bu, onun qələbəsidir” - FOTO
02 may 2011 11:22 (UTC +04:00)

“Bu, onun qələbəsidir” - FOTO

Unibank Premyer Liqasının XXIX turunda AZAL üzərində 3:1 hesablı səfər qələbəsindən sonra çempionluğu təmin etmiş “Neftçi”nin baş məşqçisi və futbolçular fikirlərini bölüşüblər. Lent.az-ın məlumatına görə, Əsədov çempionluğu klub prezidenti Sadıq Sadıqova həsr etdiklərini bildirib.

Kapitan Rail Məlikov isə bu uğuru Sadıqovun qələbəsi kimi dəyərləndirib.

Arif Əsədov: “Çox sevinirəm ki, çempion olduq. Azarkeşlər bu çempionluğu çoxdan gözləyirdilər. Çempionluğu klub prezidenti Sadıq Sadıqova həsr edirik. Çox təəssüf ki, zədə üzündən məcburi əvəzləmələr etməli olduq. Yəqin ki, qarşıdakı oyunlarda gənc futbolçulara şans verəcəyik”.

İqor Mitreski: “Karyeramda növbəti çempionluğumu qazandım. Amma bu çempionluğun özünəməxsus yeri var. Bunu sona 3 tur qalmış əldə etsək də, bizə elə də asan başa gəlmədi. Mövsüm ərzində çəkdiyimiz zəhmətin bəhrəsini bu gün gördük. Avropa Çempionlar Liqasında da layiqli çıxış etməyə çalışacağıq”.

Denis Silva: “Möhtəşəm qələbə idi. Çempionluq sevinci yaşamaq çox xoşdur. “Neftçi” ən güclü olduğunu bir daha sübut etdi. Klub rəhbərliyinə və bizi sonadək dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm”.

Rail Məlikov: “Gözəl qələbə oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Bizə hər cür şərait yaratdığına klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Bu, onun qələbəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar