“Neftçi” - çempion!
01 may 2011 23:33 (UTC +04:00)

“Neftçi” - çempion!

Futbol üzrə Unibank Premyer Liqasında çempion müəyyənləşib. Lent.az-ın məlumatına görə, “Neftçi” klubu çempionatın sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

Flaqman XXIX turda səfərdə AZAL-ı 3:1 hesabı ilə yenərək, ən yaxın izləyicisi "Xəzər Lənkəran"la xal fərqini 10-a çatdırıb. “Ağ-qaralar” 2005-ci ildən sonra ilk dəfə bu uğura nail olub. Ümumiyyətlə, flaqman 5-ci dəfə qızıl medal qazanıb. 2005 və 2011-ci illərdən əlavə, “ağ-qaralar” 1992, 1996 və 2004-cü illərdə də çempion olub. 1997-ci ildə də eyni uğuru qazanmasına baxmayaraq, AFFA-nın o zamankı rəhbərliyi qızıl medala “Qarabağ”ı layiq görüb. Amma UEFA məhz “Neftçi”nin Çempionlar Liqasında oynaması barədə qərar çıxarıb. Bu çempionluğu flaqmana Arif Əsədov qazandırıb. Əvvəllər futbolçu kimi “Neftçi”də qızıl medal qazanmış 41 yaşlı mütəxəssis indi baş məşqçi kimi tarixə düşüb.

XXIX turun nəticələrindən sonra Avropa kuboklarında ölkəmizi təmsil edəcək 4 klubdan 2-si müəyyənləşib. Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi”dən əlavə, “Xəzər Lənkəran” Avropa Liqasına vəsiqə qazanıb. Lənkəran klubu qalan 3 turda ən pis halda 3-cü pilləyə enə bilər ki, bu da baş məşqçi Mirça Rednikin mövsümü mükafatçılar sırasında bitirəcəyi deməkdir. Sonuncu dəfə “Xəzər Lənkəran” 2006-2007-ci il mövsümünü medalla başa vurub. Həmin vaxt “ağ-yaşıllar” çempion olublar.

1 may (bazar)
AZAL (Bakı) – “Neftçi” (Bakı) - 1:3
Qvidas Yuşka, 90 - Cavid Hüseynov, 15. Ritus Krjauklis, 17-öz qapısına. Rodriqinyo, 90 Qırmızı vərəqə: Robert Petrov, 86 (AZAL)

“Qarabağ” (Ağdam) – “Bakı” - 2:2
Georgi Adamiya, 60. Admir Teli, 89 - Zaur Həşimov, 22-öz qapısına. Vaqif Cavadov, 25

“Turan” (Tovuz) – “Muğan” (Salyan) - 0:1
Taqim Novruzov, 42

30 aprel (şənbə)
“İnter” (Bakı) – “Xəzər Lənkəran” - 1:1
Asif Məmmədov, 29 - Hristu Kiaku, 60

“Gəncə” – MOİK (Bakı) - 1:0
Sabir Allahquliyev, 63

“Simurq” (Zaqatala) – “Qəbələ” - 0:0

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

29

19

8

2

52-13

65

2

Xəzər Lənkəran

29

15

10

4

34-16

55

3

Qarabağ

29

16

6

7

36-18

54

4

AZAL

29

12

9

8

32-25

45

5

İnter

29

12

8

9

28-24

44

6

Bakı

29

9

10

10

31-28

37

7

Qəbələ

29

11

11

7

28-17

44

8

Muğan

29

11

8

10

25-28

41

9

Gəncə

29

8

11

10

29-31

35

10

Turan

29

6

6

17

21-41

24

11

Simurq

29

3

7

19

15-46

16

12

MOİK

29

2

6

21

9-53

12



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) - 14 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar