Fransa yığmasının baş məşqçisinə qarşı irqçilik ittihamı
“Mediapart” internet nəşri Fransa Futbol Federasiyası (FFF) ilə ölkə yığmasının baş məşqçisi Loran Blanı qaradərili, həmçinin ərəb mənşəli futbolçulara qarşı diskriminasiya kvotası qoyulmasına dair gizli sövdələşməyə getməkdə ittiham edib. Lent.az-ın məlumatına görə, Fransa nəşri yazır ki, 2010-cu ilin sonlarında Blan və FFF rəhbərliyi futbol məktəblərində məşq edən afrikalı və ərəb yeniyetmələrin sayının ümumi futbolçu sayının 30 faizindən çoxunu keçməməsi barədə razılığa gəliblər.
FFF rəsmilərinin fikrincə, Fransa futbolunda ağdərili oyunçuların sayı çox azdır. Ona görə də bu vəziyyətin düzəldilməsi qərara alınıb. Kvota tətbiqinə dair sərəncamın ölkə üzrə bütün məşq mərkəzlərinə və futbol məktəblərinə şamil olunduğu bildirilir.
Lakin Blan Fransa yığmasının mətbuat katibi Filipp Turnon vasitəsilə “Mediapart”ın xəbərini təkzib edib. Turnonun sözlərinə görə, baş məşqçi heç vaxt belə tədbirlərin görülməsinə razılıq verməz. Bununla belə, mətbuat katibi bildirib ki, Blan bir müddət Fransanın məşq mərkəzlərində hazırlıq keçən, sonra isə öz ölkələrinin yığmasında çıxış edən ikili vətəndaşlığa malik gənc futbolçularla bağlı situasiyadan narahatdır. Fransanın idman naziri Şantal Juanno isə FFF-i situasiyanı araşdırmağa çağırıb. Juannonun sözlərinə görə, məmurlar bu ittihama dərhal reaksiya verməlidirlər.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55