Azərbaycan yığmasının heyəti belə müəyyənləşəcək
Mayın 8-də boks üzrə “Ən güclülərin seçmə yarışı” adlı turnir start götürəcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda Azərbaycanın ən güclü dəri əlcək sahibləri çıxış edəcəklər.
Turnirdə hər çəki dərəcəsində 4 idmançı çıxış edəcək. Bakı İdman Sarayında təşkil olunacaq turnirdə WSB liqasında “Baku Fires” klubunun heyətində yarışmış yerli dəri əlcək ustaları da gücünü sınayacaq. Yalnız iki boksçu – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından rinqə çıxmayacaqlar. 40 boksçunun mübarizə aparacağı turnirin final döyüşləri mayın 10-u saat 12:00-da başlayacaq. Həmin gün axşam saatlarında isə eyni məkanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi yarış start götürəcək. Yarışda Şotlandiya, İrlandiya, Hindistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna idmançıları iştirak edəcək. Bakıya İsrail və ya İran komandalarından birinin də gəlişi gözlənilir. Azərbaycan yeniyetmələrin turnirində 3 komanda ilə mübarizə aparacaq. 130-a yaxın boksçunun iştirak edəcəyi yarışa mayın 14-də yekun vurulacaq.
Qeyd edək ki, “Ən güclülərin seçmə yarışı”nın keçirilməsində əsas məqsəd Azərbaycan milli komandaslnın heyətini müəyyənləşdirməkdir. Yığmamız iyunda Türkiyənin paytaxtı Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcək. London olimpiadasına lisenziya xarakterli dünya çempionatı isə sentyabrında Bakıda keçiriləcək.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55