Elnur Məmmədli dünya reytinqində irəlilədi
Lent.az-ın məlumatına görə, ötən həftə Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan cüdoçularının da göstərdikləri nəticələr siyahıda əksini tapıb.
İlk növbədə qeyd etmək lazımdır ki, olimpiya çempionu Elnur Məmmədlinin karyerasında ikinci dəfə qitədə ən güclü olması onun reytinqinə də təsir edib. Avropa çempionluğu səbəbindən aktivinə 180 xal yazan Məmmədli 860 xalla 5-ci pilləyə yüksəlib. 81 kq çəki dərəcəsində onunla rəqabət aparan Elxan Rəcəbli isə 286 xalla 35-cidir.
90 kq çəkidəki Elxan Məmmədov da 5-ci pillədə yer alıb. Avropa çempionatındakı zəif çıxışına rəğmən, Məmmədov 1068 xalla ilk “5-lik”dəki mövqeyini qoruyub.
Avropa çempionatında qazandığı gümüş medal 66 kq çəkidəki təmsilçimiz Tərlan Kərimovun aktivinə 108 xal yazdırmasına səbəb olub. Bununla da Kərimov 536 xalla 15-ci pilləyə yüksəlib. İlqar Müşkiyev (60 kq) qitə çempionatında 28 xal qazanıb. O isə 352 xalla 24-cü pillədə yer alıb. Bu çəkidəki digər təmsilçilərimizdən Vüqar Şirinli 62 xalla 89-cu, 4 illik cəzasını başa vurduqdan sonra ilk yarışına qatılan Nicat Şıxəlizadə 20 xalla 149-cudur.
Digər çəki dərəcələrindəki cüdoçularımıza gəldikdə, Renat Mirzəliyev (73 kq) 88 xalla 87-ci, Elçin Qasımov 20 xalla 172-ci, Elmar Qasımov (100 kq) 302 xalla 32-ci, Emil Tahirov (+100 kq) 42 xalla 92-cidir.
Qadınların reytinq siyahısında isə Kifayət Qasımova (57 kq) 416 xalla 21-ci, Ramilə Yusubova (63 kq) 350 xalla 24-cü, Şahanə Hüseynova (52 kq) 20 xalla 107-ci pillədədir.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55