Beynəlxalq Olimpiya Komitəsi Böyük Britaniyanı cərimələyə bilər
Lent.az-ın “Guardian”a istinadən verdiyi məlumata görə, 2012-ci il London Yay Olimpiya Oyunlarının startınadək Havanın çirkləndirilməsi haqqında qanun pozulmaqda davam etsə, bu ölkə 175 milyon funt cərimələnəcək. Əvvəllər olimpiadanın təşkilat komitəsi tarixdə ekoloji cəhətdən ən təmiz oyunlar keçirəcəyinə söz verib. Lakin Böyük Britaniya paytaxtı Avropanın ən çirkli şəhərlərindən biri olaraq qalır. Rəsmi araşdırmalar göstərir ki, hava çirklənməsindən ölümlərin sayı passiv siqaret çəkmə və yol-nəqliyyat hadisələrinin sayından çoxdur.
Hava çirklənməsini azaltmaq üçün rəsmi London olimpiada vaxtı yol nəqliyyatının hərəkətini 30 faizə endirməlidir. Çirklənmə səviyyəsi indiki kimi qalacaqsa, İOC 2005-ci ildə bağlanılmış müqaviləyə əsasən, Oyunların teleyayım hüququnun satışından əldə olunan 7 milyon funtun ¼-ini özündə saxlamaq hüququna malikdir.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunları 27 iyul – 12 avqustda təşkil olunacaq. 4 illiyin ən mötəbər yarışında Azərbaycanın 60 idmançı ilə təmsil olunması proqnozlaşdırılıb.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55