“Atadı bu!”
İtaliyanın baş naziri və “Milan”ın fəxri prezidenti Silvio Berluskoni iki uşaq anası olan qızı Barbaranın klubun braziliyalı ulduzu Pato ilə birgə olmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, Barbara həyat yoldaşı, övladları Alessandro ilə Eduardonun atası Corcio Valaqussadan ayrılıb.
O, “Milan”ın idarə heyətinə üzv seçildikdən sonra özündən 5 yaş kiçik Pato ilə sevgi macəraları yaşadığına dair söz-söhbətlər dolaşmağa başlayıb. Barbara və Pato artıq bir müddətdir ki, görüşürlər və rahatca fotoqraflara poz da verirlər. Onlar jurnalistlərə açıqlamalarında xoşbəxt olduqlarını bildirirlər. Pato ötən şənbə Milan derbisində “İnter”ə 3:0 hesabı ilə qalib gələn komandasının heyətində “dubl” edib. O, əlini ürəyinin üstünə qoyaraq, qollarını tribunadakı Barbaraya ithaf edib. 22 yaşlı futbolçu qələbəni yeni sevgilisi ilə birgə məşhur restoranda qeyd edib.
Berluskoninin Pato – Barbara münasibətlərinə reaksiyası belə olub: “Ən önəmlisi qızımın xoşbəxtliyidir”.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55