“2012-ci ildə Azərbaycanda böyük partlayış olacaq”
Lent.az-ın məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platininin müşaviri Paskal Torres AFFA-nın konfransındakı çıxışında deyib.
Torres gələn il ölkəmizdə 17 yaşadək qızlar arasında təşkil olunacaq dünya çempionatını məhz “partlayış” kimi dəyərləndirib. O, dünya çempionatına bütün futbol ictimaiyyəti nümayəndələrinin qatılacaqlarına əminlik ifadə edib.
UEFA nümayəndəsi həmçinin Azərbaycanda futbolun inkişafı istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Lakin Torres bildirib ki, görüləcək işlər də çoxdur: “Futbol oynamaq, futbolu başa düşmək asan, onu inkişaf etdirmək isə çətindir. Biz futbolda udmağı da, uduzmağı da bacarmalıyıq”.
Paskal Torres iyunun 8-də Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçiriləcək tədbirə UEFA prezidenti Mişel Platininin gələcəyini də bildirib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46