Polis “Xəzər-Lənkəran” – “Muğan” matçına görə cəzalandırıldı - EKSKLÜZİV
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Daxili İşlər Nazirliyi Lənkəran şəhər Mərkəzi Stadionunda sentyabrın 25-də “Xəzər-Lənkəran” və Salyanın “Muğan” komandalarının əvəzedici heyətləri arasında keçirilmiş oyunda baş verən xoşagəlməz olaylarla bağlı tədbir görüb. Bu haqda Lent.az-a eksklüziv açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, hakimlərə qarşı edilmiş qanunsuz hərəkətin qarşısının alınmasını vaxtında təmin etmədiyi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Gələcəkdə belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti polis orqanlarına göstəriş verilərək, icrası nəzarətə götürülüb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” - “Muğan” matçının 51-ci dəqiqəsində yeli komandanın baş məşqçisi Fazil Əsədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bundan sonra baş məşqçi azarkeşlər olan tribunanda əyləşərək, təxribat xarakterli hərəkətlərə əl atıb. Beləliklə, o, azarkeşləri hakimə qarşı yönləndirib. Nəticədə oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimə fiziki təsir göstəriblər. Bu vaxt baş məşqçi azarkeşlər arasında olub. Eyni zamanda qarşılaşmanın ardından stadionda kütləvi nizam-intizamsızlıq baş verib, “Xəzər-Lənkəran”ın azarkeşləri meydana daxil olaraq hakimlərə fiziki təsir göstəriblər.

784