Boksçu dilənçilik etdiyi üçün klubundan qovuldu
05 oktyabr 2009 10:15 (UTC +04:00)

Boksçu dilənçilik etdiyi üçün klubundan qovuldu

Macarıstanın PVSK klubunda çıxış edən Mark G. adlı boksçu dəmiryol stansiyasında dilənçilik etdiyi vaxt məşqçisi tərəfindən yaxalanıb.

Lent.az-ın məlumatına görə, məşqçisi 57 kq çəkidə çıxış edən 16 yaşlı boksçu haqda klubu məlumatlandırıb.

Mark G. dilənçilik etməsinin səbəbini belə izah edib: “Mənə boks ayaqqabısı vermədiyiniz üçün insanlardan pul istədim. Məqsədim boks ayaqqabısı almaq idi”.

İdmançının bu açıqlaması rəhbərliyi sakitləşdirməyib. Nəticədə onun klubla əməkdaşlığına son qoyulub. Mark G. isə haqsız yerə qovulduğunu iddia edərək, məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar