Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı
Bu gün Polşada qadın voleybolçular arasında Avropa çempionatı start götürüb.
Lent.az-ın məlumatına görə, yarışda 16 ölkə 4 qrupda mübarizə aparır.
D qrupunda yer alan Azərbaycan millisi ilk görüşündə Serbiya ilə üz-üzə gəlib. Katovitse şəhərində keçirilən və 1500 tamaşaçının izlədiyi qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb – 3:0. Cəmi 72 dəqiqə davam edən qarşılaşmada baş məşqçi Faiq Qarayevin komandası hər üç setdə müvafiq olaraq, 12:25, 21:25 və 19:25 hesabı ilə uduzub.
Bu gün Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq qrupun digər matçında Slovakiya ilə Çexiya qarşılaşacaq.
Millimiz növbəti görüşünü sabah Slovakiyaya qarşı keçirəcək. Oyun saat 18:00-da başlanacaq. Sentyabrın 27-ə təsadüf edəcək qrupun son oyununda isə komandamız Çexiyanı sınağa çəkəcək.

681