Daha bir güləşçimiz dünya çempionu oldu
Türkiyənin paytaxtı Ankarada keçirilən gənclərin dünya birinciliyində yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Lent.az-ın məlumatına görə, bu növ üzrə Azərbaycanı təmsil edən 6 pəhləvanımız 2 qızıl, 1 bürünc medal qazanıb.
Yarışın ikinci günündə daha bir “klassik” güləşçimiz dünya çempionu olub. 55 kq çəki dərəcəsində çıxış edən son Avropa birinciliyinin qalibi Orxan Əhmədov öz çəkisində dünyanın da ən güclüsü olduğunu sübut edib. Əhmədov finalda iranlı Məhəmməd Hatəmini məğlubiyyətə uğradıb. Digər iki güləşçimizə gəlincə, Rüstəm Əliyev (66 kq) və Murtuza Tağıyev (84 kq) dünya birinciliyini 5-ci pillədə başa vurublar.
Qeyd edək ki, ilk yarış günü Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanıb. Komanda hesabında Rusiya (60 xal) və İrandan (49 xal) geri qalan Azərbaycan 40 xalla 3-cü yeri tutub.
Bu gün və sabah dünya birinciliyində gənc qızlar öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Azərbaycan bu növdə yalnız bir idmançı – Əminə Abbasova (48 kq) ilə təmsil olunur. O avqustun 7-də mübarizəyə qoşulacaq.

856