Almaniya ilə oyuna çağırılan futbolçular açıqlandı
06 avqust 2009 10:00 (UTC +04:00)

Almaniya ilə oyuna çağırılan futbolçular açıqlandı

2010-cu il dünya çempionatının seçmə qrup matçında Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.


Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Berti Foqts avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun hazırlıq prosesinə 21 oyunçu cəlb edib.

Onların arasında “Bakı”nın yarımmüdafiəçisi Bəxtiyar Soltanovu ilk dəfə, “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyevi isə uzun fasilədən sonra yığmaya çağırıb. Əvəzində Rauf Mehdiyev və Sergey Sokolov (hər ikisi “Simurq”), Vladimir Levin (“İnter”) və Elmar Baxşıyev (“Neftçi”) millidən kənarlaşdırılıb.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”).

Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev (hər ikisi “Qarabağ”), Samir Abbasov, Mahir Şükürov (hamısı “İnter”), Cəmşid Məhərrəmov, Saşa Yunisoğlu (hər ikisi “Bakı”), Rail Məlikov (“Neftçi”), Ernani Pereyra (klubsuz),

Yarımmüdafiəçilər: Elvin Məmmədov (“Qarabağ”), Cavid Hüseynov, Aleksandr Çertoqanov (hər ikisi “İnter”), Fabio Luis Ramim, Bəxtiyar Soltanov (hər ikisi “Bakı”), Araz Abdullayev (“Neftçi”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”),

Hücumçular: Daniel Axtyamov (“Minsk”, Belarus), Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”).

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyuna yekun hazırlıq prosesi avqustun 8-də start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar