Braziliya yığması Azərbaycanla qarşılacaq
05 avqust 2009 10:30 (UTC +04:00)

Braziliya yığması Azərbaycanla qarşılacaq

Futzal üzrə Braziliya milli komandası Bakıya gələcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “sambaçılar” Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunun dəqiq tarixi məlum olmasa da, oktyabrda baş tutacağı bildirilir.

Qeyd edək ki, Braziliya millisi futbolda olduğu kimi, futzalda da dünyanın ən aparıcı komandasıdır. İndiyədək keçirilmiş 6 dünya çempionatında “sambaçılar” 4 dəfə (1989, 1992, 1996 və 2008) qızıl, 1 dəfə gümüş (2000), 1 dəfə isə bürünc medala (2004) layiq görülüblər.
# 830

Oxşar yazılar