“Bakı”ya 500 min dollarlıq mükafat vədi
“Levski”ni keçəcəyi halda ikiqat Azərbaycan çempionuna mükafat veriləcək
Bolqarıstanın “Levski” klubunu Çempionlar Liqasının III təsnifat mərhələsindən kənarlaşdıracağı təqdirdə, “Bakı” futbol komandasına görünməmiş məbləğdə mükafat veriləcək. Lent.az-ın "7 dni sport" qəzetinə istinadən verdiyi məlumata görə, ikiqat Azərbaycan çempionunun rəhbərliyi 500 min dollar mükafat vəd edib.
Qəzet yazır ki, “Bakı”nın baş məşqçisi Qyoko Hacievski vaxtilə “Levski” ilə düşmən kimi münasibətdə olan Bolqarıstanın MOİK klubunu çalışdırıb. Müdafiəçi Aleksandr Tomaş və yarımmüdafiəçi Amiran Muciri də əvvəllər MOİK-də çıxış edib. Hacievskini ambisiyalı mütəxəssis kimi dəyərləndirən həmkarlarımız makedoniyalı baş məşqçinin yetirmələrini Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa köklədiyini iddia edib.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Levski” matçı saat 20:00-da başlanacaq. Stadiona giriş pulsuzdur. Litva “Ekranas”ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə olduğu kimi, matçı 30 minədək tamaşaçının izləyəcəyi gözlənilir.

Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42