Del Pyero “Yuventus”la müqaviləsini uzatdı
İtaliya milli komandasının futbolçusu Alessandro Del Pyero “Yuventus” klubu ilə müqaviləsini uzadıb.
Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçunun yeni anlaşması iki il müddətinə nəzərdə tutulub.
Del Pyeronun əvvəlki sövdələşməsi 2010-cu ilin yayında başa çatmalı idi. Lakin rəhbərlik onunla anlaşmanı vaxtından əvvəl yeniləmək qərarına gəlib.
Ulduz futbolçu, demək olar ki, bütün karyerasını “Qoca Sinyora”nın heyətində keçirib. O, “ağ-qara” forma ilə çıxış etdiyi 16 mövsüm ərzində 5 dəfə İtaliya çempionluğunu və 1 dəfə Çempionlar Liqasını qazanıb. Del Pyero klubunda keçirdiyi oyunların (432) və vurduğu qolların (188) sayına görə, rekordçudur. Alessandro ötən mövsüm İtaliya A seriyasında 31 oyunda 13 dəfə fərqlənib.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46