“Bakı” və “Qarabağ”ın sifariş ərizəsi hazırdır – TAM SİYAHI
09 iyul 2009 14:06 (UTC +04:00)

“Bakı” və “Qarabağ”ın sifariş ərizəsi hazırdır – TAM SİYAHI

Bu gün “Bakı” və “Qarabağ” klubları avrokuboklarda iştirak etmək üçün UEFA-ya sifariş vərəqələrini göndərib.

Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, bakılılar Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üçün 25, Ağdam təmsilçisi isə Avroliqanın ikinci təsnifat mərhələsindən ötrü 22 futbolçu sifariş edib.

Mövsümlərarası fasilədə “Bakı”nın aldığı 5 futbolçudan yalnız braziliyalı müdafiəçi Barboza kənarda qalıb. 2 nömrəli formanı geyinən bu legionerin transfer vərəqi hələ də gəlməyib. Əvəzində komandanın 17 yaşlı istedadlı üzvü Rəhman Hacıyev Çempionlar Liqası kimi nüfuzlu turnirdə özünü göstərmək imkanı qazanıb.

“Qarabağ”da isə gözlənildiyi kimi, komandanın əsas hücumçularından biri Zaur Ramazanovun adı iştirak ərizəsinə salınmayıb. Səhhətində problem yaranan 33 yaşlı futbolçu Bakıda müalicə olunur və komandanın Türkiyədəki hazırlığına qatılmayıb. Milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqov Avroliqa oyunlarında “Qarabağ”a kömək edəcək. Onun transfer vərəqini Türkiyə Futbol Federasiyası göndərdiyindən, müdafiəçinin sifariş olunmasına şərait yaranıb.

Qeyd edək ki, “Bakı” avrokubokların yeni mövsümünə Litvanın “Ekranas”, “Qarabağ” isə “Rusenborq” klubu ilə oyunda start verəcək. Hər iki komandamız gələn həftə ilk görüşlərini səfərdə keçirəcəklər.

“Bakı”nın Çempionlar Liqası üçün iştirak ərizəsi:

Qapıçılar: 1. Marko Şarliya, 13. Aqil Məmmədov, 23. Xalidu Sissoko
Müdafiəçilər: 3. Rafael Əmirbəyov (kapitan), 4. Vadim Borets, 5. Stevan Bates, 14. Elvin Əliyev, 21. Aleksandr Tamaş, 22. Səbuhi Həsənov, 32 Aleksey Savinov, 33. Saşa Yunisoğlu
Yarımmüdafiəçilər: 7. Mahmud Qurbanov, 8. Ernad Skuliç, 10. Amiran Muciri, 12. Fernando Peres, 17. Ramazan Abbasov, 20. Fabio Luis Ramim, 36. Rəhman Hacıyev, 55. Georgi Adamiya, 77. Aleksandar Soliç
Hücumçular: 9. Feliks Felipe Almeyda, 11. Draqan Naçevski, 19. Əhməd Ticani 27. Bəxtiyar Soltanov, 30. Vilyam Roşa Batista,

“Qarabağ”ın Avroliqa üçün iştirak ərizəsi:

Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Sahil Kərimov, 99. Osman Umarov
Müdafiəçilər: 2. Elnur Allahverdiyev, 3. Aftandil Hacıyev, 4. Zaur Həşimov, 5. Admir Teli, 8. Maksim Medvedev, 13. Qara Qarayev, 14. Rəşad Sadıqov
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 8. Aslan Kərimov (kapitan), 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev, 15. Ayxan Abbasov, 18. Natiq Kərimov, 19. Emin Mustafayev, 22. Əfran İsmayılov
Hücumçular: 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 20. Vaqif Cavadov
# 956

Oxşar yazılar