“Rossoner” sarayında braziliyalı kardinal
O, karyerasının bütün əsas imtahanlarından “beş” qiymət alsa da, yeni işində peşəkar deyil.
Qvardiolanın doğma “Barsa”dakı triumfu Avropa nəhənglərinin məşqçi seçimində yeni tendensiya yaratmaq üzrədir. Sözügedən təsir kalçodan da yan ötməyib. Qalliani administrasiyasının sarayda Leonardonu önə çəkməsi bu gün italyan futbolunun ən ziddiyyətli mövzularındandır. Məşqçilik təcrübəsi olmayan, “Milan” ailəsinə eksport nəticəsində təşrif buyuran bu şəxs üzərinə düşən missiyanı reallaşdıra biləcəkmi? Onu böyük “allenatore” taleyi gözləyirmi? Bu material çərçivəsində sözügedən suallara cavab tapmağa və ya həmin cavabı şərtləndirən faktları əks etdirməyə çalışacağıq.
12 il Milanda
“Rossoner” rəhbərliyinin Leonardonun namizədliyi üzərində dayanması klubdaxili baş normativə - ailə kodeksinə zidd deyil. Yeni məşqçi braziliyalı olsa da, “Milan”a çoxdan inteqrasiya edib, 12 illik müddətdə “qırmızı-qaralar”ın doğma üzvünə çevrilib. Digər tərəfdən, Apennin mediasının iddia etdiyinə görə Leonardo italyan mənşəlidir, bu isə ona ailə mənsubiyəti baxımından əlavə dividentlər gətirir. “Allenatore”nin yerli vətəndaşlıq əldə etməsi, Berluskoninin himayəsindən yararlanması onun personasının italyanizasiyasına zəmin yaradır.
Adriano Qalliani Leonardonu mətbuata təqdim edəndə onu “kreativ və ağıllı” şəxs qismində xarakterizə etdi. “Milan”la iki illik müqavilə imzalayan Leoya münasibətdə bu, banal kompliment deyil: o, karyerasının bütün əsas imtahanlarından “beş” qiymət alıb. Gənc futbolundan böyüklərin yarışlarına keçid prinsipial əhəmiyyət daşıyır, lakin heç də bütün yetişkin ustalar karyeralarını nə zaman bitirməli olduqlarını dəqiq müəyyən edə bilmirlər. Leonardo orqanizminin fiziki imkanları tükənməzdən xeyli öncə yaşıl meydanlarla vidalaşmaq qərarına gəldi. 2001-ci ildə “San-Siro”nu tərk edən yarımmüdafiəçi bir il sonra karyerasının son başlığına imza atmaq üçün geri döndü. Elit italyan klubunda onu menecer, skaut, məşqçi fəaliyyəti gözləyirdi. Leonun “Berluskoni və K”nı inandırma qabiliyyəti ən böyük tərifə layiqdir. “Rossoner” düşərgəsində kim 2003-cü ildə “oyunçularla rəhbərlik arasında vasitəçi” vəzifəsinin ( rəsmi olaraq, vitse-prezidentin köməkçisi) təsisinə nail olardı? 1997-ci ildən “Milan” strukturunda qərarlaşan Leo kimi “rossoner” mətbəxini bilən ikinci belə gənc sima yoxdur. Tassoti? Uzun müddət Ançeottinin köməkçisi qiyafəsində çalışan bu şəxs zəngin təcrübəsinə, ailə mənsbiyyətinə rəğmən birinciliyə layiq görülməyibsə, deməli keçmiş “laterale”ni diqqətdən kənarda qoymaq üçün əsaslar olub. Leonardonun məşqçi lisenziyası, bu işdə elementar təcrübəsi belə yoxdur. Amma “Berluskoni epoxası”nın ikinci etapının baş konstruktoru – Fabio Kapello da 90-cı illərin əvvəlləri eyni durumda idi.
2007-ci il boyu “Milan”dakı işindən ayrılmamaq şərtilə BBC telekanalında yayımlanan “The match of the day” proqramında Şirer və Hansenin kompaniyasında şərhçilik edən Leonardo “Dumanlı Albion” təmsilçilərindən “Vest-Hem”in texniki direktor təklifini yox deyə cavablandırıb. Onun “rossonerlər”ə rəhbər gətiriləcəyi bir il bundan öncə heç cür təxmin edilmirdi. Son zamanlara kimi yerli mediada Apenninin ən perspektivli “allenatore”lərindən sayılan Massimiliano Alleqrinin adı hallansa da, Qalliani Ançelottiyə varis qismində professional məşqçini deyil, skaut və menecer fəaliyyətində ad çıxarmış “ailə üzvü”nü layiq bildi.
Leonardo Ferrara deyil
İtalo-braziliyalının təyinatının “hüquqiliy”i, Leonun müsbət xarakteristikası Qalliani administrasiyasının sözügedən qərarının avantürist təbiətini aradan qaldırmır. İtaliyada hesab edirlər ki, əgər “Yuve”nin Ferraraya etimad göstərməsi fundamental bazaya söykənirdisə, Leonun seçimi daha çox riskə və yenilikçi ruhdan doğan entuziazma əsaslanır. Uzun müddət “byankonerlər”in gənc komandası ilə çalışan Çiro “allenatore” potensialına malikdir, onun Almaniya mundialında Lippinin köməkçisi olması isə əvəzsiz təcrübənin mövcudluğundan xəbər verir. Məhz Ferrarakimilər yeni Kapello olmağa daha yaxındırlar. “Milan”a Kaka, Pato, Tiaqu Silvanın gətirilməsi zamanı transfer danışıqları sahəsində qabiliyyətini nümayiş etdirən Leonardonun menecer-skaut çərçivəsindən kənara çıxa biləcəyi isə müəmmalıdır. Berluskoninin komandasının son kadr siyasəti, əvvəlcədən özünü doğrultmayacağı açıqca hiss olunan addımlara meylliliyi neqativ sonuca zəmin yaradır. Keçən ilin yayında Ronaldinyonun gəlişinin özündə ehtiva etdiyi risk elementləri gün kimi aydın idi. Braziliyalı bir neçə matçda qabiliyyətini göstərsə də, sonradan kənarda qaldı, ikinci dövrədə isə komandanın start heyətinə belə düşə bilmirdi. Leonardo isə məşqçi olduğundan kənarda qala bilməz, fiasko halında onu istefa və köhnə fəaliyyət növünə qayıdış gözləyir.
Riodan Milana
Leonun karyera yolu doğulduğu Braziliyanın “Flamenqo”sunda başlamışdı. 1987-ci ildə 18 yaşlı gənc Ziko ilə birlikdə komandasının orta xəttinin iki kreatorundan birinə çevrilir. İlk mövsümündə 18 oyuna 6 qol vuran italo-braziliyalı “Fla”nın çempionluğuna öz töhfəsini verir. 1989-cu ildə isə o, növbəti dəfə birincilik əldə etmək üçün Tele Santananın “San-Paulu”suna üz tutur. Leonardonun “selesao”dakı debütü isə İtaliya- 90-dan sonra yeni komanda qurmağa çalışan Falkaonun təşəbbüsü əsasında reallaşır. İlk matçında sol cinahda yer alan Leo sonralar Parreyranın etimadını qazanaraq, Amerika mundialına gedən kollektivə düşür. 1994-cü il forumunun qrup matçlarında yarımmüdafiəçi “zəngdən zəngə” kimi oynasa da, 1/8 finalda turnirlə vidalaşmasına səbəb olan səhvə yol verir. ABŞ-la randevuda rəqib oyunçu Tabu Ramosa dirsəyi ilə zərbə endirən Leo qırmızı vərəqə alır. Lakin cəza bununla bitmirdi. Əgər çənəsi sındırılmış amerikalı xəstəxanaya göndərilirdisə, epizodun anti-qərhəmanı 4 oyunluq
diskvalifikasiyaya məruz qalaraq planetar forumdakı aktiv iştirakını yekunlaşdırmalı olurdu.
Yeni dünya çempionu yığmadakı növbəti matçını Yaponiyanın “Kasima Antlerz” komandasının üzvü kimi keçirir: “ Mənə Ziko zəng etdi, o, həmin klubdakı iştirakını bitirmək üzrə idi. Özünə varis axtarırdı. Seçim mənim üzərimə düşdü. O zaman çoxları səhv etdiyimi, böyük futbolda işimin yekunlaşdığını zənn edirdi. İnanıram ki, indi səhvlərini başa düşüblər”. Yaponiyada çempionluqlar qazanan Leonardo növbəti mundialda iştirakının təhlükə altında olduğunu nəzərə alaraq, Avropaya qayıtmalı olur. PSJ-də keçirdiyi uğurlu bir ilin sonucunda “Milan” boslarının diqqətini cəlb edən italo-braziliyalı karyerasının mühüm mərhələsinə - tarixi vətənində reallaşacaq dönəmə start verir: “ İtaliyada əvvəl hər şey alınmırdı. İlk ilim adaptasiyaya sərf olundu. Növbəti mövsümsə çoxlarının gözləmədiyi halda “skudetto”nu qazandıq, mən isə 12 qola imza atdım”. Xatırladaq ki, karyerasının ilk dövrlərində sol cinahda mövqe tutan Leo 1996-cı ildən başlayaraq, tipik mərkəz “pleymeyker”inə çevrilmişdi.
Yeni “Milan”, yoxsa böhranlı mini-faza
Leonardo şəxsiyyətində alqış doğuran tərəflərindən biri onun ailədə öz yerini bilməsidir. “Rossonerlər”in heyətində futbolçu karyerasını bitirəndə yarımmüdafiəçi vida matçı keçirməkdən imtina etmiş, bunun səbəbini isə belə izah etmişdi: “ Yubiley tədbirlərini Rivera, Barezi, Maldini kimi simvollar təşkil etməyə layiqdirlər. Onların yanında mən belə tanınmaya layiq deyiləm”.
İtalo-braziliyalının “allenatore” işində yeni texnologiyalardan istifadə edəcəyi gözlənilir. Leonun ştabında rəqib haqqında məlumatları sistemləşdirən taktika mütəxəssisi fəaliyyət göstərəcək: “Fiziki hazırlıq məsələlərində Daniele Tonyaççiniyə güvənəcəm, bu məsələ yeni yanaşma tələb edir. Tibbi personala da korrektələr etmək lazımdır. Axır vaxtlar bu sahə axsayır”.
5 dildə sərbəst danışan, 1982-ci ilin Braziliya millisini “dream team” adlandıran Leo inqilab etməyəcəyinin siqnallarını öncədən verməyi lazım bilib: “ Cinahlar güclənmə tələb edir. İndi hamı “Barsa”dan danışır, amma mən Pep Qvardiolaya oxşamaq istəməzdim. Nəzəri baxımdan bizə indiki 4-3-1-2 sistemi daha uyğundur, amma zərurət olduqda klassik 4-4-2-yə də qayıtmaq olar. İstəyirəm ki, mənim “Milan”ım daha parlaq və hücumameyilli futbol nümayiş etdirsin”.
Leonun kommentariyaları ümidverici səslənsə də, heç də hər şey göründüyü kimi sadə və asan həll olunan deyil. İtalo-braziliyalının öz “Milan”ınını yaradıb, yeni mərhələyə start verməsi və ya “rossonerlər”in Oskar Tabares, Fatih Terim dönəmlərindəki kimi böhranlı mini-faza keçirməsi mümkün sonuc versiyaları sırasındadır.
Orxan Amaşov

1374