Ukrayna UEFA-dan qovula bilər
28 yanvar 2011 18:15 (UTC +04:00)

Ukrayna UEFA-dan qovula bilər

Lent.az-ın məlumatına görə, FFU-nun yanvarın 24-də göndərdiyi məktubda ölkənin hökumət orqanlarının milli assosiasiyanın işinə müdaxilə etdiyi bildirilir.

UEFA İK FİFA-nın mövqeyini tam dəstəkləyib və FFU-ya konkret tədbirlər görmək, bu prosesin qarşısını almaq üçün müvafiq təsdiq sənədi göndərmək tələbi ilə məktub göndərib. Məktubda bildirilir: “Anlaşılmazlığı aradan qaldırmaq məqsədilə izah emək istərdik ki, FFU-nun diskvalifikasiyası ölkə klublarının UEFA bayrağı altında yarışlarda iştirak edə bilməməsinə, Ukrayna yığmasının isə Avropa miqyaslı turnirlərdən kənarda qalmasına gətirib çıxaracaq”.

Məktubda o da qeyd olunub ki, İK FFU-nu FİFA üzvlüyündən kənarlaşdırılacağı təqdirdə, UEFA Ukraynanı 2012-ci il Avropa çempionatının həmtəşkilatçılıq hüququndan məhrum edəcək. 2013-cü il gənclər arasında Avropa çempionatının seçmə qrup mərhələsinin fevralın 3-də keçiriləcək püşkatma mərasimində isə UEFA Ukraynanı 5 yox, 6 komandalı qrupa salacaq. FFU diskvalifikasiya ediləcəyi və Ukrayna turnirdən avtomatik kənarlaşdırılacağı halda, oyunların təqvimində minimal dəyişiklik ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə FİFA FFU-nun I vitse-prezidenti Sergey Storojenkonun məktubunu rəsmən cavablandırıb. Məktubda Storojenko FFU-nun kollektiv üzvlərindən çoxunun Georgi Surkisin federasiya prezidenti postundan istefası təşəbbüsünü irəli sürdüyünü yazıb. Lakin FİFA qiyamçıları dəstəkləməyib, onların hərəkətini kənar təzyiq kimi dəyərləndirib, Ukraynanı isə təşkilat üzvlüyündəki fəaliyyətini dayandıracağı ilə hədələyib. Yanvarın 27-də məlum olub ki, FFU İK-nın 10 üzvü, o cümlədən, Premyer Liqanın prezidenti Vitali Danilov, FFU-nun I vitse-prezidenti Sergey Storojenko və başqaları qurumun İK-nın iclasının keçirilməsi təşəbbüsünü irəli sürmək niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar